Gəncədə Vazehin 220 illiyinə görə komissiya yaradıldı

Gəncədə Vazehin 220 illiyinə görə komissiya yaradıldı
  11 Fevral 2014    Oxunub:1458
Mirzə Şəfi Vazehin 220 illik yubileyi ilə bağlı Gəncə şəhər fəallarının yığıncağı keçirilib
AzVision.az xəbər verir ki, Gəncə daha bir mütəfəkkir şairin- Gəncədə doğulmuş, öz əsərləri ilə geniş şöhrət tapmış Mirzə Şəfi Vazehin 220 illik yubileyi ərəfəsindədi. Dahi Nizaminin 870 illiyini, ilk Azərbaycan şahmatçı qadını, musiqiçisi və şairi kimi tanınan Məhsəti Gəncəvinin yaradıcılığının 900 illliyini yüksək səviyyədə qeyd edən gəncəlilər bu əlamətdar hadisəyə də böyük qürur, sevinc hissi ilə hazırlaşırlar.

Fevral ayının 10-da YAP Gəncə şəhər Təşkilatının Qərargahında şəhər fəallarının iştirakı ilə Mirzə Şəfi Vazehin 220 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilib. Tədbiri giriş sözü ilə açan şəhərin icra başçısı Elmar Vəliyev elmə, mədəniyyətə, incəsənətə daim xüsusi qayğı göstərən, sənətə və sənətkarlara yüksək qiymət verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şairin yubileyi ilə bağlı sərəncam imzalamasından, bu sərəncamın bütün gəncəlilər tərəfindən dərin rəğbət hissi ilə qarşılanmasından və ölkə başçısının sərəncamı ilə bağlı qarşıda duran mühüm vəzifələrdən, şairin yubileyi ilə bağlı görüləcək işlərdən söhbət açıb.

Tədbirdə XIX əsr görkəmli Azərbaycan şairi, xalq arasında “Gəncəli müdrik” kimi tanınan M.Ş.Vazehin Gəncənin ədəbi mühitində, onun nəinki Azərbaycanda, hətta Almaniyada şeirləri ilə şan- şöhrət qazanması haqqında danışılıb. Adi bir xəttat, sonralar Azərbaycan dili müəllimi olan Mirzə Şəfi nə vaxtsa onun şeirlərini dünyanın ən yaxşı tərcüməçiləri və Avropa şairləri tərəfindən bütün dillərə çevriləcəyini, sözlərinə çoxlu bəstələr yazılacağını təsəvvürünə belə gətirməzdi.

Yığıncaqda M.Ş.Vazehin 220 illik yubileyinin keçirilməsi ilə bağlı elm, təhsil, mədəniyyət və incəsənət işçilərindən ibarət xüsusi komissiya yaradılıb və tədbirlər planı təsdiq edilib.


Teqlər:  





Xəbər lenti