Ermənilər orduya etdikləri yardımları geri istəyir

 Ermənilər orduya etdikləri yardımları geri istəyir
  11 Dekabr 2020    Oxunub:2133
Müharibə vaxtı Ermənistan ordusuna maliyyə yardımı edənlərin çoxu öz pullarını geri istəyib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

“Müharibə dövründə “Hayastan” Ümumerməni Fonduna yardım ayıran bəzi soydaşlarımız pul köçürmələri etdiklərinə görə təəssüflənirlər və bu gün bir çox insan pullarını geri tələb edir. Lakin maraqlısı odur ki, onların yardımlarını geri qaytarmaq üçün mexanizm yoxdur”, - məlumatda bildirilib.

Qeyd edilib ki, yalnız fonda deyil, ordu və müharibə ilə əlaqəli olan şəxslərə də yardım edənlərin çoxu hazırda məyus durumdadırlar:

"Onlar verdikləri pulların silah-sursat alışına gedəcəyini düşünərək böyük məbləğdə yardımlar ediblər. Amma bu vəsaitlər məlum proseslərdən kənarda saxlanıb. Üstəlik, bəzilərinə xərclərə dair sonradan saxta olduğu ortaya çıxan "çek"lər verilib. Bu insanlar indi pullarını kimdən istəyəcəklərini bilmirlər."

Tural Tağıyev
Azvision.az


Teqlər: Yardım   Erməni   Hraparak  





Xəbər lenti