Ermənistanda virusdan ölüm sayı 2445-ə çatdı

Ermənistanda virusdan ölüm sayı 2445-ə çatdı
  11 Dekabr 2020    Oxunub:1311
Ermənistanda son sutka ərzində daha 1077 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 146 317 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 29 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 2445-ə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 613 nəfərdir.

Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti