COVID-19-a yoluxanların sayı 70 milyonu ötdü

COVID-19-a yoluxanların sayı 70 milyonu ötdü
  11 Dekabr 2020    Oxunub:1293
Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 70 milyon 720 min 319 nəfərə çatıb.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 588 min 437 nəfərdir. İndiyədək 49 milyon 148 min 388 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ötən sutka ərzində 385 477 yoluxma qeydə alınıb, 6171 nəfər isə dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti