“Türkiyə və Azərbaycan çiyin-çiyinə bütün çətinlikəri aşacaq” - Ərdoğan

“Türkiyə və Azərbaycan çiyin-çiyinə bütün çətinlikəri aşacaq” -  Ərdoğan
  10 Dekabr 2020    Oxunub:1939
Ermənistanın 30 illik işğalı nəticəsində Azərbaycanın bölgələri viran edilib, daş üstündə daş qalmadığını gördük.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Zəfər paradında çıxışı zamanı deyib.

"Qardaşım İlham Əliyevin dediyi kimi, Füzuli şəhərində bayraq asmağa salamat bina yox idi. Bütün şəhərlər, kəndlər viran qoyulub, məzarlıqlar belə dağıdılıb. Məscidlər, minarələr eyni şəkildə dağıdılıb. Ermənilər Gəncə, Tərtər, Ağdam, Ağcabədi, Bərdəni hədəfə aldı, 100 mülki şəxs şəhid edildi, 416 qardaşımız yaralandı. 1 milyon qaçqın və köçkün qardaşımız artıq doğulduqları torpaqlara qayıtmağı səbirsizliklə gözləyir. Qısa müddətdə bu həsrət sona yetəcək".

Ərdoğan deyib ki, Ermənistan Qarabağda yaşananlardan dərs çıxarsa, bölgədə yeni dönəm başlayacaq.

“Artıq Azərbaycan torpaqları illərlə həsrət qaldığı Tərtər çayına qovuşub, Şuşanın dağları, başındakı dumanlar həsrətli deyil, Xarı bülbül özgürdür, daha parlaq açacaq, Qarabağ şikəstəsini oxuyan nəfəslər daha güclü olacaq. Hədəfimiz bu torpaqları qurub yaratmaqdır. Türkiyə və Azərbaycan çiyin-çiyinə verdikcə, çətinlikəri aşmaya davam edəcək".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ərdoğan  





Xəbər lenti