Armen Sarkisyan Koçaryanla görüşüb

Armen Sarkisyan Koçaryanla görüşüb
  10 Dekabr 2020    Oxunub:1600
Ermənistan prezidenti Armen Sarkisyan keçmiş həmkarı Robert Koçaryanla görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə Sarkisyanın mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı Qarabağa dair üçtərəfli bəyanatın imzalanmasından sonra ölkədəki vəziyyət müzakirə edilib.

Bundan əvvəl A.Sarkisyan üçüncü prezident Serj Sarkisyanla da görüşüb.

Xatırladaq ki, 10 noyabrdan bəri İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiyalar və yürüşlər keçirilir.

Ümumulikdə 17 partiya onun istefasını tələb edir. Aksiyaların əsas təşkilatçıları "ARF Daşnaksütyun", "Vətən" və "Çiçəklənən Ermənistan" partiyalalarıdır. Aktivistlər vaxtaşırı fərqli küçələri bağlayırlar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: görüş  





Xəbər lenti