Nərgiz Paşayeva anasının kitablarını hədiyyə verdi

Nərgiz Paşayeva anasının kitablarını hədiyyə verdi
  10 Fevral 2014    Oxunub:2279
Professor Nərgiz Paşayeva görkəmli şərqşünas alim Aida İmanquliyevanın irsindən bəhs edən kitabları Mərkəzi Elmi Kitabxanaya hədiyyə edib.
Kitabxanadan AzVision.az-a verilən məlumata görə, M.V.Lomonasov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva Azərbaycanın görkəmli şərqşünas alimi, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın qələmə aldığı məqalələrin və ərəb dilindən Azərbaycan dilinə tərcümə etdiyi hekayələrin toplandığı “Məqalələr və tərcümələr” kitabını, həmçinin görkəmli şərqşünas alimin 70 illik yubileyinə həsr olunmuş “Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr” mövzusunda Beynəlxalq İbn Ərəbi Simpoziumunun materiallarının ingilis dilində nəşr olunmuş nüsxəsini və “Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika Elmi Konfransının materiallarının dərc edildiyi kitabları AMEA Mərkəzi Elmi Kitabxanasının fonduna hədiyyə edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti