Rezidenturaya sənəd qəbulu başlayır
• Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2014/2015-ci tədris ili üçün Rezidenturaya qəbul elanı;
• Rezidenturaya ərizə verən namizəd üçün təlimat;
• “Namizədin Elektron Ərzəsi”nin doldurulma qaydası;
• “Namizədin Elektron Ərzəsi”nin nümunəsi;
• Rezidenturaya qəbul proqramları (ixtisas fənləri üzrə )
Rezidentura səviyyəsinə keçiriləcək qəbul imtahanında iştirak etmək üçün namizədlərin ərizələrinin qəbulu internet vasitəsi ilə 2014 - cü ilin fevralın 11-dən 20-dək aşağıdakı qaydada aparılır:
- Namizəd şəxsiyyət vəsiqəsinin seriyasından, nömrəsindən və PİN kodundan və “TQDK-nın virtual ödəmə kartı”nda göstərilən iş nömrəsi və şifrdən istifadə etməklə TQDK-nın müvafiq internet səhifəsinə (eservices.tqdk.gov.az/erizerez) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur. Virtual ödəmə kartını internet ödəmə və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar. Ətraflı mə¬lumat jurnalın 3-5-ci səhifələrində və eservices.tqdk.gov.az/erizerez səhifəsindəki aktual keçidlərdə verilib
.
- Namizəd ərizəni doldurduqdan sonra tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına (SQK) təq¬dim edib “Namizədin elektron ərizəsi” formasını təsdiq etdirir.
- Milli Sertifikat Xidmətləri Mərkəzinin Qeydiyyat Mərkəzlərinin birindən “Elektron imza” serti-fika¬tını əldə etmiş namizədlər həmin sertifikatlardan istifadə etməklə “Namizədin elektron ərizəsi” formasını SQK-ya müraciət etmədən özləri təsdiq edə bilərlər.
Namizədlər “Namizədin elektron ərizəsi” for¬masını Azərbaycan Tibb Universitetində və TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Quba, Lənkəran, Şirvan, Göyçay və Ağcabədi regional bölmələrində yaradılmış SQK-da təsdiq etdirirlər.
Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunları ”Namizədin elektron ərizəsi” formasını TQDK-da yaradılmış SQK-da doldurur və təsdiq etdirirlər.
Ali təhsil müəssisələrini xarici ölkələrdə bitirən Azərbaycan Respublikasının vətəndaşları ”Namizə¬din elektron ərizəsi” formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirirlər.
Rezidenturaya qəbul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “Namizədin elektron ərizəsi” formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirirlər.
Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq namizədin birinci mərhələdə qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılır.
İmtahanın birinci mərhələsi 2014-cü il martın 30-da, ikinci mərhələsi 2014-cü il iyulun 27-də keçiriləcəkdir.
İkinci mərhələyə imtahanın birinci mərhələsində topladığı bal 40-dan az olmayan namizədlər buraxılırlar.
Namizədlərə hər mərhələdə ayrılıqda 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun balına) təsir göstərmir.
Hər bir mərhələ üzrə imtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
Qəbul imtahanı Bakı və Naxçıvan şəhərlərində keçirilir.
İmtahanda iştirak etmək üçün namizəd 2014-cü il martın 27-dən 29-dək olan müddətdə eservices.tqdk.gov.az/erizerez internet səhifəsindən imtahanın birinci mərhələsi üçün “İmtahana buraxılış vərəqəsi”ni çap edib götürür.
Namizədlər imtahana gələrkən “Namizədin imtahana buraxılış vərəqəsi”ni və şəxsiyyəti təsdiq edən sənədin əslini mütləq özləri ilə gətirməlidirlər. İmtahanın vaxtı və yeri “Namizədin imtahana buraxılış vərəqəsi”ndə göstərilir.
Sevinc İltifatqızı