Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
  25 Oktyabr 2020    Oxunub:3309
Oktyabrın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Azvision.az-a bildirilib ki, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17 dərəcə, gündüz 20-25 dərəcə, Bakıda gecə 15-17 dərəcə, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14 dərəcə, gündüz 21-26 dərəcə, dağlarda gecə 6-11 dərəcə, gündüz 16-21 dərəcə isti olacaq.

Azvision.az


Teqlər: Hava  





Xəbər lenti