AzVision: 80 faizdən artıq Müstəqillik - VİDEO

  18 Oktyabr 2020    Oxunub : 12298
      AzVision:    80 faizdən artıq Müstəqillik -    VİDEO
AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Çərşənbə günləri veriliş öz ənənəvi (animasiya personajlarının iştirakı ilə), şənbə günləri isə analitik proqram formatında "AzVision: Həftənin real təhlili" adı ilə yayımlanır. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.
Xoş gördük, İlin Xalqı! Böyük Gələcəyə doğru gedən böyük yolun yolçuları. Bəli, böyük yollar asanlıqla keçilmir, amma asan olacağını heç kim deməmişdi, biz də asan olmasını heç vaxt istəməmişdik; biz Böyük olmasını istəyirdik. Ona görə də, indi böyük yolla böyük hədəflərə doğru gedərkən heç kim gileylənmir, şikayətlənmir, hamının ancaq bircə arzusu var: Dayanmayaq!



Biz də zatən Böyük Hədəfə çatmayana qədər dayanmayacağıq, amma yolun indiki mərhələsində aydınlıq gətirilməsi lazım olan bəzi suallar da var:

- Siçovul küncə sıxışdırılanda nə edir?!
- Gəncəni vuran “Skad” nədir və hansı məqsədlə işlədilir?
- Paşinyan özü də istəmədən Azərbaycana necə kömək edir?
- Koronavirus Karenavirusa qarşı, yaxud, bu dəfə Şərdən hansı Xeyir gəlir?


Sabah Azərbaycanın müstəqillik günüdür. İndiyə qədər Azərbaycanın 80 faizi müstəqil idi. Biz ən yaxşı halda 80 faiz müstəqilliyi qeyd edə bilirdik. Çünki ərazimizin 20 faizi müstəqil deyildi, əsarətdə idi. Sabahkı bayram ilk dəfə Azərbaycanın 80 faizindən çoxuna aid olacaq. Biz ilk dəfə 80 faizdən çox müstəqilliyi qeyd edəcəyik. Və o faiz gözümüzün önündəcə getdikcə artır.
Sabah Azadlıq müharibəsinə başlamağımızın düz 3 həftəsi tamam olacaq. Bu 3 həftədə artıq 62 yaşayış məntəqəsi düşməndən azad edilib. Kulminasiyası isə bu həftə Füzulinin Vətənə qaytarılması oldu.

Prezident İlham Əliyev:
- Uzun illərin doğma torpaq həsrəti sona çatır. Biz öz üzərimizə düşən missiyanı şərəflə yerinə yetiririk, ölkəmizin ərazi bütövlüyünü bərpa edirik və bərpa edəcəyik. Füzuli uğrunda döyüşlər ağır döyüşlərdi. Vaxt keçəcək bu döyüşlər haqqında kitablar yazılacaq, əsərlər yazılacaq. Doğrudan da çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlərdi.

Minimal itkilərlə 3 həftəyə 62 yaşayış məntəqəsi! Dünyanın hərb tarixinə düşəcək inanılmaz nəticədir. Bu Böyük Qələbənin sevincini azaltmaq üçün düşmənin əlindən gələn ancaq Gəncəni vurmaq oldu.

Oktyabrın 17-də gecə saat 1 radələrində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə heç bir hərbi zərurət olmadan üçüncü dəfə Ermənistan ərazisindən ballistik raket atəşinə tutulub. Bu atəşin miqyası əvvəlkilərdən daha böyük, nəticələri daha ağır olub.
Raketlər şəhərin Cavad Xan qəsəbəsindəki yaşayış evlərinə tuşlanıblar. Həmin ərazidə heç bir hərbi obyekt və ya infrastruktur mövcud deyil. Raket atəşi nəticəsində 13 nəfər həlak olub, 52 şəxs yaralanıb. Həlak olanlardan 3-ü uşaqdır. Daha iki uşaq itkin düşüb. 20-yə yaxın ev dağılıb, o cümlədən, 29 nömrəli məktəbə ciddi zərər dəyib.
Bu vəhşi hücumdan sonra ermənilərin son 3 həftədə qətlə yetirdikləri dinc insanların sayı 60-a, yaralıların sayı 270-ə çatıb. Rəqəmlər sübut edir ki, ermənilər bilərəkdən məhz mülki əhalini hədəfə alırlar.
Gəncə ilə yanaşı Mingəçevirə də raket atılıb. Xioşbəxtlikdən, onu zərərsizləşdirmək mümkün olub. Dünən isə Ordubada atəş açılmışdı. Bu, göstərir ki, düşmən hərbi əməliyyatların coğrafiyasını genişləndirməyə çalışır və Azərbaycanı bilərəkdən təxribata çəkir.
Mülki insanlara belə dağıdıcı gücə malik silahlardan atəş açmaq ağır hərbi cinayətdir. Azərbaycan prezidenti İlham Əliyev bu gün xalqa müraciətində Ermənistan rəhbərliyinin törətdyi cinayətə görə mütləq cavab verəcəyini söyləyib. Eyni zamanda bildirib ki, Ermənistandan fərqli olaraq, biz heç vaxt dinc əhaliyə atəş açmayacağıq:
- Onlar bu cinayətə görə məsuliyyət daşımalıdırlar və daşıyacaqlar. Biz isə onların cavabını döyüş meydanında veririk. Şəhidlərin, günahsız insanların qisasını döyüş meydanında alırıq və alacağıq. Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq. Biz ermənilər deyilik.


Gəncə. Ağrısını öz canımızda fiziki olaraq hiss etdiyimiz Gəncə. "Azərbaycan" adlı vücudun döyüşdə aldığı qanayan yaralardan biri Gəncə. "Azərbaycan" adlı xalqın qeyrət simvolu Gəncə. Erməni qaniçənliyinin və axmaqlığının sübutu Gəncə. Bilirəm ki, ermənilər bugünlərdə bütün Azərbaycan mediasını izləyirlər, ona görə istəyirəm, Gəncəni vurmağın necə bir axmaqlıq olduğunu başa düşsünlər. Hərbi baxımdan bu terror aktı onlara nə verir? Heç nə, əksinə, dünyada öz həyasız təbliğatları ilə aldatmağa nail olduqları şəxslərin də Ermənistana qarşı münasibəti dəyişəcək və Azərbaycanın informasiya cəbhəsindəki güclü əks-hücumları üçün meydan açılacaq. Artıq biz informasiya cəhbəsində tam hücumdayıq. Görmək istəməsə də, dünyanın göz qapaqlarını zorla aralayıb, erməni terrorunun nəticələrini onun gözünə dürtəcəyik. Dünya əhalisinin erməni yırtıcılığını görməmək variantı qalmayacaq. Özü də hazırda Gəncə xarici jurnalistlərlə doludur. O qədər xarci jurnalistin olduğu bir şəhərə raket atmaq Ermənistanın tamamilə ağlını itirməsindən xəbər verir.
AzVision-22 I Psixoloji savaş və gorbagorun dedikləri - VİDEO

Bəs əvəzində nə qazanırlar?! Əllərinə nə gəlir? Onlar doğrudanmı, elə fikirləşirlər ki, Gəncəni vurmaqla əhalidə qorxu, vahimə yaratmaq, cəmiyyəti Vətən Müharibəsini dayandırmaq ovqatına kökləyə bilərlər?! Gəncəni?! Bütün vacib tarixi dövrlərdə alınmaz qala olan Gəncəni?! Hər dəfə düşmənin qabağında sinəsini sipər edib, sona qədər dayanan Gəncəni?! İndi də vacib tarixi dövrdür və Gəncə yenə də öz postundadır. Bu dünyada onu sındıracaq düşmən, qorxudacaq silah yoxdur.
Əgər düşməniksə, düşməni də, özünü də tanımaq lazımdır. Biz savaş xalqıyıq. Bizim xalq olaraq genetik kodumuz savaşaraq varlığını qorumaq üzərində yazılıb. Biz uşaqlıqdan bilirik ki, hər birimiz Vətən uğrunda ölmək üçün varıq. Biz himnimizdə oxuyuruq ki, Vətən üçün can verməyə cümlə hazırıq. Yatmış dinc insanları öldürməklə bu xalqı qorxutmaqmı olar?! Məhz dinc insanları, çünki Gənəyə atılan raket hərbi obyektlərə zərbə endirmək üçün yaramır. Demək, niyyət əvvəlcədən mülki vətəndaşları qətlə yetirmək olub.

Ermənistanın Gəncədə mülki əhalini məhz “Elbrus”, yaxud, NATO təsnifatı ilə desək, “Skad” raketilə hədəfə alması təsadüfi deyil. 1961-1987-ci illərdə SSRİ-də istehsal olunan “Skad” raketləri müasir dövr üçün köhnəlmiş sayılır. Belə ki, onların hədəfdən yayınma dairəsi 450 metr təşkil edir. Buna görə də onlar hərbi hədəflərin məhvi üçün effektiv deyillər. Mülki hədəfləri vurmağa isə yarayırlar, çünki yaşayış məntəqələrində raket hara düşərsə, sıx məskunlaşma səbəbilə dağıntı törədəcək və çoxlu insan ölümlərinə səbəb olacaq.
Vaxtilə bu raketlərdən İraqın diktatoru Səddam Hüseyn İrana və “Körfəz müharibəsi” zamanı İsrailə qarşı istifadə etmişdi. Hazırda Liviyada Xəlifə Xəftarın qoşunlarının “Skad” komlekslərinə malik olduğu iddia edilir.
Ermənistan 1995-1996-cı illərdə 27 ədəd "Skad" raketi əldə etmişdi. Bəzi ekspertlərə görə, onların çoxu sıradan çıxıb. Hazırda düşmən ölkənin daha 5-6 “Skad” sisteminə malik olduğu ehtimal edilir.


Ermənilərin Gəncəni vurması əslində çox ciddi mətləblərdən xəbər verir. Əvvəla, bu, onun əlamətidir ki, artıq Müharibənin sonuncu fazasına daxil oluruq. Və bu, dan yeri sökülməzdən əvvəl qatılaşan qaranlıqdır. Çünki tarix də, dünya təcrübəsi də təsdiqləyir ki, cinayətkar rejimlər, xuntalar ancaq uduzduqlarını başa düşəndə qarşı tərəfdən qisas almaq məqsədilə dinc əhalini bombalamağa başlayıblar. Gəncəyə qarşı edilənlər də hərbi akt yox, məhz qisas aksiyasıdır. Dinc insanlardan, körpələrdən alınan qisas. Hərbi cinayət, barbarlıq, İnsanlıq suçu.
Amma tarix eyni zamanda sübut edir ki, həmin müharibə cinayətləri heç vaxt arzulanan nəticəni verməyib. İkinci Dünya Müharibəsi zamanı tərəflər kifayət qədər bir-birinin dinc şəhərlərini bombalmışdılar. Bu addımlar guya “düşmənin iradəsini sındırmaq” bəhanəsilə əsaslandırılırdı. Amma tezliklə məlum oldu ki, nə almanların, nə ingilislərin, nə də yaponların qarşı tərəfdəki dinc insanları bombalaması ilə heç bir nə siyasi, nə də psixoloji effekt əldə olunmur. Heç bir ölkədə sadə insanlar atəşə məruz qaldıqları üçün öz hakimiyyətlərindən müharibənin dayandırılmasını tələb etməmişdilər. Britaniyalı hərbi nəzəriyyəçi Con Fuller yazırdı ki, dinc əhalinin bombalanması nə psixoloji, nə siyasi, nə də hərbi üstünlük yaratmadığı halda, müharibədən sonrakı sülhün əsaslarını sarsıdır. Bax, bu çox vacib məqamdır.
Artıq faktdır ki, ermənilər istəsələr də, istəməsələr də Qarabağ Azərbaycanın tərkibində qalacaq. Bu erməniliyin iradəsindən kənar məsələdir, bunu daha heç kim dəyişə bilməz. Elə isə, Qarabağdakı erməni əhali ya birdəfəlik yığışıb, Ermənistana qaçmalı, ya da Azərbaycan vətəndaşı olmağa hazırlaşmalıdırlar. Müqəddərat haqqında boş-boş nağıllar quraşdırmaqla deyil, istəsələr də, istəməsələr də “Azərbaycan vətəndaşı” adını və üstündə bu dövlətin gerbi olan şəxsiyyət vəsiqəsini daşımalı olacaqlar. Bax, ermənilərə bunu başa salmalıyıq: Elə etmək lazımdır ki, həmin an yetişəndə o sənəd sizə həddindən artıq ağır gəlməsin. Cibinizi yandırmasın. Bunu indidən düşünmək lazımdır. Ən yaxın gələcəkdə onlar başlarını qaldıranda yuxarıda ifrazat rəngində olan əski parçasını yox, Azərbaycanın müqəddəs üçrəngli bayrağını görəcəklər. Biz övladlarımızın əlindən tutub, Şuçaya və Xankəndinə gəzməyə aparacağıq. Gəncənin qəhrəman vətəndaşları da həmçinin. Bax, onda biz uşaqlarımza erməni vətəndaşlarımızla bağlı nə deyəcəyik?! Nə deməyimizi istəyirsiniz, ey bizim erməni vətəndaşlarımız?! Axı görüşəcəyimiz günə az qalıb! Bax, bunu indidən fikirəşin! İndidən Azərbaycan vətəndaşı kimi düşünməyə başlayın yavaş-yavaş. Ki, sonra gec olmasın! Çünki nə etsəniz də, sizi heç kim heç vaxt tanımayacaq. Özünüzü bu həftəki kimi boşuna yormayın!

Ermənilər Qarabağa müstəqillik istəyirlər deyə, avropalılar öz yolları ilə rahat gedə bilməzlər. Absurd səslənsə də, reallıqdır. Bu həftə Avropadakı ermənilər özlərini Ərəbzəngi təsəvvür edərək, qitənin bir çox ölkələrarası trasslarını bağlayıblar. Nəticədə xeyli insan onlara ümumiyyətlə yerli-dibli heç bir dəxli olmayan problemə görə tıxacda qalmalı olub.
Daha sonra isə Avropa Parlamentinin qabağında toplaşan ermənilər “Biz öz sərhədlərimizi müdafiə edəcəyik” şüarını səsləndiriblər. Avropada. Öz sərhədlərini. Heyif ki, avropalılar “Yol əhvalatı” filminə baxmayıblar: "Ay bala, evlənmək istəyirsən, get, evlən də!.."
Ermənilər konkret olaraq Fransa-İspaniya, Belçika-Niderland, Fransa-İsveçrə, Niderland-Almaniya, Lüksemburq-Belçika, Fransa-İtaliya, Almaniya-Danimarka yollarını da balayıblar. Belə çıxır ki, bu parazit xalq başqasının torpaqlarına göz dikib deyə, avropalılar öz qitələrində rahat maşın sürə bilməzlər!..
Bunlara bir başa salan lazımdır ki, Qarabağ uğrunda mübarizə Monrealda meriyanın qarşısında aparılmır. ABŞ-ın Corciya Ştatında Qarabağ yoxdur. Hansısa səfirliklər başqasının qanuni torpağını alıb, sizə verməyəcək, ay axmaqlar! Əgər Azərbaycanla mübarizə aparmaq istəyirsinizsə, gəlin döyüş meydadına. Yox, istəmirsinizsə, buna hünəriniz çatmırsa, rədd olun torpaqlarımızdan, dünyanın da zəhləsini tökməyin!!!

Erməni diasporunun Qarabağı tanımaq tələbini təbii ki, heç kim yerinə yetirməyəcək. Bunun iki sadə səbəbi var. Birincisi, onsuz da Qarabağı tanımaqla heç nə dəyişməyəcək, arada Azərbaycan kimi regional Güc ilə münasibətlər birdəfəlik korlanacaq. İkincisi, dünya ölkələri tamamilə haqlı olaraq, deyə bilərlər ki, əgər Qarabağı tanımaq lazımdırsda, dəlləkliyi bizim başımızda niyə öyrənirsiniz – qoy, əvvəlcə elə Ermənistan tanısın da. Gedin, həmin aksiyalar İrəvanın küçələrində keçirin. Hər işləri kimi burada da heç bir məntiq yoxdur. Ermənistan hətta indi belə, Qarabağın müstəqilliyini tanımağa cəsarət etmir. Çünki hələ də ümid edir ki, bəlkə kimsə Azərbaycanı onların şərtilə razılaşmağa məcbur edəcək. Tanıya bilmir, amma tanımaya da bilmir. Paşinyan dəvədən yıxılıb, amma höt-hötündən qalmır. Həm Qarabağın müstəqilliyini tanıyacağı halda danışıqların birdəfəlik gündəmdən çıxacağından qorxur, həm də öz mövqeyilə danışıqları tamamilə mümkünsüz edir. Belə bir anormal, absurd, məntiqsiz mövqe: "Bizim heç vaxt keçməyəcəyimiz bir xətt var və bu xətt Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmə hüququdur" (Paşinyanın RTR-ə müsahibəsindən).

Ermənistanın baş nazirinin belə mövqeyi Azərbaycana ən böyük hədiyyədir. Çünki o, Qarabağın müstəqilliyini “olmazsa, olmaz” şərti, qırmızı xətt kimi göstərdikcə, Azərbaycanın danışıqlara getməmək üçün son dərəcə ciddi əsası yaranır. Meydan hərbçilərimizə qalır, onlar da tarix və xalq qarşısındakı borclarını yerinə yetirərək, düşməni iti qovan kimi qovurlar. Hansı qırmızı xəttdən söhbət gedə bilər?!

Prezident İlham Əliyev:
- “Qarabağ Ermənistandır” deyən Ermənistanın baş naziri, nə oldu, indi demirsən “Qarabağ Ermənistandır”. Gəl Füzuliyə, sən orada bizim torpağımızı istismar edirdin. Gəl Cəbrayıla, gəl Hadruta, gəl azad edilmiş başqa yerlərə, de ki, “Qarabağ Ermənistandır”. Oturmusan orada - İrəvanda, oradan bəyanatlar verirsən, dünya liderlərinin zəhləsini tökürsən, adam qalmayıb ki, telefonla zəng etməyəsən.
Niyə demirsən “Qarabağ Ermənistandır”. Qorxursan, qorxacaqsan. Bəs, Azərbaycan xalqını təhqir edəndə, “Qarabağ Ermənistandır və nöqtə” deyəndə niyə belə cəsarətli idin? Kimə güvənirdin? Kimə arxalanırdın? Bilmirdinmi ki, gün gələcək bu əməllərə görə cavab verəcəksən. Bu gün gəlibdir və gəlir.


Biz Vətənimizin düşmən tapdağında olan qismini günbəgün, addım-addım, tvit-tvit qaytarırıq. Bunlardan birincisi zaman, ikincisi məkan, üçüncüsü diplomatik koordinant sistemində baş verir. Birinci və ikincilə bağlı əvvəlcədən heç bir şübhə yox idi, biz hər zaman bilirdik ki, Qarabağ savaşı başlayanda yeganə problem dünyanın buna müdaxilə cəhdləri ola bilər. Amma indi görürük ki, Azərbaycana rəhbərlik edən şəxs həm böyük sərkərdə, həm də nəhəng diplomatdır – o, ermənilərə heç bir müstəvidə şans saxlamayıb, ən kiçik boşluq da qoymayıb ki, düşmən oradan yapışıb, nəyəsə nail olsun.
Bəli, etiraf edək ki, erməni diplomatiyasının əlində çox məkrli düşünülmüş, kifayət qədər hiyləgər, alçaqcasına ölçülüb-biçilmiş tezislər var. Sadəcə, Cənab İlham Əliyevin qurduğu diplomatik müdafiə onların işləməsinə imkan vermir. Məsələn, ermənilərin özlərinə qarşı tərəf kimi Azərbaycanı deyil, hər dəfə Türkiyəni göstərmələri təsadüf deyil. Burada söhbət təkcə o deyil ki, qorxdular “həqq” deməyə, döndülər “Türkəyinin Suriyadan və Pakistandan gətirdiyi muzdlular” dedilər. Məqsəd Türkiyənin guya Moskvanın həyati maraqlar zonasına girərək, Rusiyanın regional gələcəyinə ekzistensial təhlükə yaratdığını qabartmaqdır. Bəli, çox alçaqcasına düşünülmüş hiyləgər tezisdir, amma işləmir. Niyə? Çünki kiçik kolxoz baytarının köməkçisi vəzifəsinə belə yaramayan əyalət fırıldaqçısı Paşinyanın qarşı tərəfində bir kəlməsi ilə onun bütün fəaliyyətini darmadağın edən dünya səvyyəli peşəkar diplomat var. O, çox əminliklə və ustalıqla Rusiya tərəfini inandırmağı bacarır ki, ciddi işləri ciddi insanlarla görmək lazımdır, küçədən keçənlərlə yox. Təkcə bu iki liderin efirdəki görünüşünün və danışığının müqayisəsi bəs edir ki, özünə hörmət qoyan dövlət və xalq maraqlarını kimə etibar etmək haqqında qərar versin. Amma Azərbaycanın dövlət başçısı Ermənistana yardım edənlərin qarşısında daha ciddi suallar da qoyur.

Prezident İlham Əliyev:
– Ancaq sual olunur: bu qədər silah, bu qədər texnika Ermənistanda haradandır? Ermənistanın hərbi büdcəsi bəlli, Ermənistanın dövlət büdcəsi də bəlli. Ermənistan bankrot ölkədir. Bu ölkənin xarici dövlət borcu ölkənin ümumi daxili məhsulunun 60-70 faizini təşkil edir. Bu ölkənin sərbəst valyuta ehtiyatları cəmi 1,5 milyard dollardır, bu da bank rezervləridir. Yəni bu, sərbəst vəsait deyil. Hansı pulla bu silah və texnikanı alır? Təkcə bu günə qədər məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın qiyməti aşağısı 2 milyard dollar səviyyəsindədir. Ancaq hələ də bunların texnikası qalıbdır. Hələ də həm işğal edilmiş torpaqlarda, eyni zamanda, Ermənistan ərazisində. Sual olunur, kim onları silahlandırır?

1967-ci ildə baş verən altıgünlük müharibə zamanı SSRİ-nin ərəb ölkələrinə o dövr üçün ən güclü silahları verməsinə və təlimatçılar göndərməsinə baxmayaraq, İsrail asanlıqla qalib gəlmişdi. Çünki kənardan köməklə heç də hər şeyi həll etmək olmur. Ermənistana yardım edənlər tarixin bu cür dərslərini unutmamalıdırlar. Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlaması artıq heç cür mümkün deyil, indi postmüharibə dövrünün münasibətlərini nəzərə almaq lazımdır. Regionda maraqları olan dövlətlər artıq Azərbaycanla gələcək əlaqələrini düşünməlidirlər, bunu onların öz milli maraqları tələb edir.
Sözsüz ki, bu işlər təkcə efirlərlə, müsahibələrlə həll olunmur, liderlərin arasındakı qarşılıqlı münasibətlərin də, dövlət başçılarının şəxsi nüfuz və keyfiyyətlərinin də son dərəcə böyük rolu var. Bu mənada İlham Əliyevin şəxsiyyəti hazırda Azərbaycanın ən böyük diplomatik silahıdır. Döyüş meydanında bir Ordunun gördüyü işi o, diplomatiya meydanında təkbaşına görür. Nəzərə almaq lazımdır ki, Ermənistan deyilən məfhum təkcə xəritədə gördüyümüz çeçələ barmağına bənzəyən zolaqdan ibarət deyil. Ermənistan – bütün dünyanı saran nəhəng diaspor, lobbi təşkilatları, media, jurnalistlər, diplomatlar, məşhur şəxslər kütləsi deməkdir. Dünyadakı real Ermənistan xəritədəki formal Ermənistandan qat-qat böyük anlayışdır. Cənab İlham Əliyev onların hamısını neytrallaşdırmağı bacarıb. Bu gün erməniləri psixoz vəziyyətinə gətirən həm də heç vaxt olmadığı kimi təklənmələridir. Erməni diasporu heç vaxt indiki qədər aciz və bacarıqsız vəziyyətdə olmamışdı. Hazırda onlar hikkəsindən özünü sancan əqrəbin vəziyyətinə düşmək üzrədirlər. Sanki Qarabağ Azərbaycanın bətnindəki bir yara idi, ermənilər isə o yaradakı mikrob; indi Azərbaycan ordusu bir antibiotik kimi həmin nahiyəyə daxil olmaqla, xəstə əzanı mikroblardan təmizləyir.
Bir halda ki, tibbi analogiyaya keçdik, həftənin daha bir vacib hadisəsindən də danışmasaq, olmaz. Bizim başımız 3 həftədir ki, Qarabağa qarışdığı üçün, görünməz düşməni yaddan çıxarmışdıq, amma bəlli oldu ki, nahaq yerə. Qısa vaxtda – praktik olaraq bir həftəyə ölkədə yoluxmaların sayı elə sürətlə artdı ki, 100-ün həndəvərindən qalxaraq, 500-ü vurub keçdi. Və bir daha xatırlatdı ki, düşməni zəif saymaq olmaz – xüsusilə də əgər o, məkrli düşməndirsə. Bizim düşmənlərimiz isə təəssüf ki, məkrlidirlər – koronavirus da, erməni də.
Amma hər “şərdə bir xeyir də var” misalı Koronavirisun indiki hücumu fonunda çox yerinə düşür. O dərəcədə ki, hətta bir yox, bir Şərdə 3 xeyir görünür. Əvvəla, bütün dünyada yoluxmalar sürətlə artır ki, nəticədə ermənilərin saldıqları Qarabağ hüy-küyü o qədər də ucadan eşidilmir. Koronanın vurduğu ziyan Qərb ölkələrini erməni mələşməsi və zingilistisindən daha çox narahat edir. Üstəlik, xaricdəki erməni diasporunun fəaliyyətini də əngəlləyir, aksiyalarının geniş miqyas almasına mane olur.

Yoluxanları sayı 40 milyona çatır, ölənlər 1.1 milyonu keçib. Dünya koronovirusun payız hücumunun qarşısında müdafiə olunmağa çalışır. Britaniya karantini sərtləşdrib, axşam 10-da hər yer bağlanır, iki və daha artıq ailənin bir yerdə toplaşması yasaqlanıb. Fransada Paris də daxil olmaqla, 9 şəhərdə axşam saat 9-dan səhər 6-ya kimi 4 həftəlik komendant saatı elan olunur. İspaniyada bar və restoranlar 15 günlüyə bağlanır, mağazalar müştərilərin maksimum 30 faizini içəriyə buraxa bilər.
Maraqlısı odur ki, yaz və yay aylarında pandemiya ilə mübarizədə yaxşı nəticə göstərən ölkələrin də əksəriyyəti payızda çox ağır vəziyyətlə üzləşiblər. Hazırda gündəlik yoluxmalara görə antirekordun Çexiya və Bolqarıstana məxsus olması da bunu təsdiqləyir. Yaz aylarında gündəlik yoluxma sayının 10 nəfər ətrafında olduğu qonşu Gürcastanda isə həmin rəqəm mini haqlayır.
Dünyada ilk vaksini sınaqdan keçirdiyini deyən Rusiyanın paytaxt şəhərində bir günə koronavirusdan 56 nəfərin ölməsi isə göstərir ki, hələ ki, vaksinasiyaya bel bağlamaq çox tezdir.

Bu Şərin bizim üçün digər xeyri ondadır ki, son iki həftədə Ermənistanda COVID-19 ilə yoluxma 113 faiz artaraq, gündəlik 1500 nəfərə yaxınlaşıb. Gündəlik 1500 yoluxma – Ermənistan kimi balaca ölkə üçün kifayət qədər ağır göstəricidir. Sıçrayışın son iki həftədə baş verməsi göstərir ki, tələm-tələsik hərbi relsə keçirilən erməni səhiyyəsi artıq “Korona”ya təslim olub, yaxud, onlar pandemiyanın necə deyərlər, başını buraxaraq, diqqəti yaralılara yönəldiblər. İkisilə eyni vaxtda məşğul olmağa isə erməni səhiyyəsinin imkanları çatmır. İndiyədək 1056 adam koronavirusdan ölüb və bu rəqəm təxminən gündə 10 nəfər artır.
Burada işin başqa tərəfi də var: Erməni gənclərin çoxu bilərəkdən özlərini koronavirusa yoluxdururlar ki, əsgər aparılmasınlar. Çünki bilirlər ki, onların gənc vücudları COVİD-in əlindən salamat qurtula biləcək, Azərbaycan əsgərinin əlindən isə ƏSLA!!! Buna görə də, hazırda koronavirus ölkədə həm də hərbi korrupsiya mövzusuna çevrilib. Testi neqativ çıxanlar pul verib, pozitiv yazdırırlar.
Şərin üçüncü xeyrinə gəlincə isə, bu, Azərbaycanda bəzi karantin tədbirlərinin yenidən sərtləşdirilməsilə bağlıdır. Bizdə zatən, hərbi vəziyyət olduğu üçün axşam saat 9-da ictimai həyat dayqnır, hamımız evlərimizə çəkilirdik. Yəni pandemiya terminilə ifadə etsək, onsuz da obrazlı olaraq, qismən karantin rejimində yaşayırdıq. Bu baxımdan elə bir çətinlik olmayacaq. Fəqət onu da gözəl bilirik ki, savaşdığımız digər virus – ermənilər də ən azı Korona qədər məkrlidirlər və dinc insanlarımızı hədəfə almaqla bunu bir daha göstərirlər. Son 3 həftədə Karenavirusun qətlə yetirdiyi dinc vətəndaşlarımızın sayı Koronavirusun öldürüklərindən daha çoxdur. Və onlar bu rəqəmi daha çox artırmaq üçün şübhəsiz ki, yollar axtarırlar; istisna deyil ki, bu məqsədlə insanların kütləvi toplaşdıqları yerlərdə təxribat cəhdlərinə də əl ata bilərlər. Məsələn, bizim yaxın tariximizdə ermənilərin metroda terror törətməsinə aid acı misallar var. Tək bizim də yox - 1977-ci ildə Moskva metrosunda da terroru 3 erməni – Zatikyan, Stepanyan və Bağdasaryan törətmişdilər. Bunlar onu göstərir ki, metro – erməni terrorçularının ən sevimli obyektlərindən biridir. Belə olan halda əgər biz Koronavirusdan qorunmaq üçün metronu bağlayırıqsa, belə çıxır ki, eyni vaxtda Karenavirusu da zərərsizləşdirmiş oluruq. Necə deyərlər, bir daşla iki quş. Bir qərarla iki virus. Eyni məntiqi genişləndirib, ümumiyyətlə, deyə bilərik ki, hazırda bir virusdan qorunmaq üçün gördüyümüz tədbirlər bizi avtomatik olaraq digər virusdan da müdafiə edir. Virusun isə ağına da lənət, qarasına da! Birini həkimlərimizə həval edirik, o birini əsgərlərimizə. Və ikisi də işlərinin öhdəsindən çox yüksək səviyyədə gəlirlər. Bizdən isə hələlik ancaq bircə şey tələb olunur: Möhkəm olmaq. Hər iki cəbhədə Qələbə çox yaxındadır. Möhkəm olun.

Azvision.az

Teqlər: AzVision   Real-TV