Azərbayca Ordusunun yəhudi əsgəri: “Torpaqlarımızı azad edəcəyik!” - VİDEO

  17 Oktyabr 2020    Oxunub : 23559
  Azərbayca Ordusunun yəhudi əsgəri:  “Torpaqlarımızı azad edəcəyik!” -  VİDEO
Daniel Zorbailov Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. Milliyətcə yəhudir. O, hazırda Azərbaycan Ordusunun ön xətt bölmələrində xidmət edir. Daniel digər azərbaycanlı xidmət yoldaşları kimi Dağlıq Qarabağın işğaldan azad olunması uğrunda mübarizə aparır.
"30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızı azad edəcəyik. Buna əminik. Buna həm mən, həm də əsgər yoldaşlarım səmimi qəlbdən inanır", - deyən Daniel İsrail xalqına müraciət edərək bildirib:

"Mən İsrail xalqına müraciət etmək istəyirəm. Bizi dəstəkləyin, bizim üçün dua edin. Haqq bizimlədir, haqq Azərbaycanındır. Qarabağ Azərbaycandır!"



Azvision.az

Teqlər: Ordu   Döyüş