“WorldKorean” Qarabağla bağlı tarixi faktları yazdı

“WorldKorean” Qarabağla bağlı tarixi faktları yazdı
  02 Oktyabr 2020    Oxunub:2976
Dünya koreyalılarını birləşdirən “WorldKorean” elektron şəbəkəsində Dağlıq Qarabağ münaqişəsinə dair “Ermənistan-Azərbaycan münaqişəsi, keçmiş SSRİ-nin müstəmləkə siyasətinin səpdiyi toxumlar” sərlövhəli məqalə yerləşdirilib.
Azvision.az xəbər verir ki, məqalənin müəllifi Cənubi Koreyanın Donqduk Qızlar Universitetinin professoru, bu ali təhsil ocağının nəzdindəki Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru, professor Oh Eun-kyunqdur. “Dağlıq Qarabağ” adının etimoloji baxımdan Azərbaycan dilinə aid olduğu bildirilən məqalədə 1813-cü il “Gülüstan” və 1828-ci il “Türkmənçay” müqavilələri ilə Azərbaycanın şimal hissəsinin Rusiya imperiyası tərəfindən zəbt olunduğu bildirilib. Bundan sonra Çar Rusiyasının erməniləri məqsədyönlü şəkildə Azərbaycan torpaqlarına köçürməsi ilə Qarabağın dağlıq hissəsinin demoqrafik tərkibi süni şəkildə dəyişdirilib. Bu prosesdə qısa müddət ərzində azərbaycanlıların 75 yaşayış məskəni dağıdılaraq yox edilib.

Məqalədə, eyni zamanda, Dağlıq Qarabağın 1918-ci ildə elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi olduğu, Azərbaycanın keçmiş SSRİ-nin tərkibinə qatıldıqdan sonra bu bölgənin Azərbaycanın SSR-in tərkibində muxtar vilayət statusu aldığı bildirilib. Müəllif SSRİ-nin dağılması ərəfəsində Dağlıq Qarabağın Azərbaycandan alınaraq Ermənistana birləşdirilməsi üçün qarşı tərəfdən yenidən qanlı fəaliyyətin başlandığını və nəticə etibarilə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini, Xocalı soyqırımını, yüz minlərlə azərbaycanlının evini və əmlakını itirməsini faktlarla göstərib.

Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti