104 min uşaq məktəbəhazırlığa cəlb ediləcək

104 min uşaq məktəbəhazırlığa cəlb ediləcək
  25 Sentyabr 2020    Oxunub:2098
Dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi yekunlaşıb.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, 2020-2021-ci tədris ilində ölkə üzrə ümumilikdə 6 577 məktəbəhazırlıq qrupuna 104 min uşaq cəlb olunacaq.

Məktəbəhazırlıq qruplarına qəbul mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

Azvision.az


Teqlər: Təhsil   Məktəbəhazırlıq  





Xəbər lenti