Turizm Assosiasiyası yeni komissiya yaradıb

Turizm Assosiasiyası yeni komissiya yaradıb
  22 Sentyabr 2020    Oxunub:2045
Azərbaycan Turizm Assosiasiyasının (AzTA) tərkibində bu və digər sənaye sahələrinin ekspertlərindən ibarət komissiya yaradılıb.
Bu barədə Azvision.az -a AzTA-dan məlumat verilib.

Məlumata görə, komissiyanın tərkibinə 11 nüfuzlu və peşəkar şəxs daxildir. Məqsəd turizm sənayesi üçün yeni hədəflərin müəyyən edilməsi və ekspert rəylərinin köməyi ilə yeni turizm imkanlarının araşdırılmasıdır.

Azvision.az



Teqlər: AzTA   Turizm  





Xəbər lenti