Putin koronavirusa qarşı peyvənd olunacaqmı?

 Putin koronavirusa qarşı peyvənd olunacaqmı?
  09 Sentyabr 2020    Oxunub:2735
Rusiya Prezidenti Vladimir Putin yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd etdirmək barədə qərarı özü verəcək.

Azvision.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, əgər prezident peyvənd olunsa, bu barədə özü ictimaiyyətə məlumat verəcək.
Xatırladaq ki, Vladimir Putinin qızlarından biri koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd olunub. Birinci peyvənddən sonra onun hərarəti 38 dərəcə, növbəti gün isə 37-dən bir az çox olub.

Rusiyada dünyada ilk dəfə olaraq COVID-19 virusuna qarşı peyvənd qeydiyyatdan keçib. “Sputnik-V” adlı peyvənd Hamalei Elmi Tədqiqat Mərkəzi tərəfindən hazırlanıb və “AFK Sistema” şirkətinin “Binnopharm” dərman fabrikində kütləvi istehsalına başlanılıb.

Dərmanın istehsalının ilk 12 ayda 500 milyon dozaya çatacağı gözlənilir. Peyvənd ilk olaraq yüksək risk qrupundakı vətəndaşlara tətbiq olunacaq.

Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti