"Danışıqlar naminə danışıqlar aparılmamalıdır" - Lavrov

 "Danışıqlar naminə danışıqlar aparılmamalıdır" -  Lavrov
  26 Avqust 2020    Oxunub:5992
Bu gün həmkarım Ceyhun Bayramovla görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını ətraflı müzakirə etdik.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O bildirib ki, ümumi mövqe nizamlanma prosesinin davam etdirilməsidir. Bunun üçün lazımi atmosfer yaradılmalıdır.

"Sabit, dayanıqlı danışıqlar prosesi üçün lazımi atmosferi təmin etmək vacibdir. Lakin danışıqlar danışıqlar naminə deyil, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlməlidir”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: XİN   Rusiya   Lavrov  





Xəbər lenti