"Qarabağ" "Şerif"ə qarşı

"Qarabağ" "Şerif"ə qarşı
  26 Avqust 2020    Oxunub:6874
Bu gün Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda 2020-2021-ci il mövsümünün II təsnifat mərhələsi çərçivəsində Moldovanın “Şerif” komandası ilə qarşılaşacaq.
Azvision.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.

Yeni reqlamentə görə, bu oyunda qalib gələn komanda növbəti mərhələyə keçir.

Qeyd edək ki, “Qarabağ” “Şerif” klubuna qalib gəlsə, növbəti mərhələdədə “Seltik” (Şotlandiya), “Dinamo” (Zaqreb, Xorvatiya), “Lüdoqorets” (Bolqarıstan), “Yanq Boyz” (İsveçrə) və “Srvena Zvezda” (Serbiya) klublarından biri ilə qarşılaşacaq.

Azvision.az


Teqlər: Qarabağ   Klub  





Xəbər lenti