Ermənistanda koronavirusa yoluxanların sayı 43 mini ötdü

 Ermənistanda koronavirusa yoluxanların sayı 43 mini ötdü
  26 Avqust 2020    Oxunub:2208
Ermənistanda son sutka ərzində daha 131 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 43 067 nəfərə çatıb.

Ermənistanda son sutkada 3 xəstə ölüb və virusa yoluxma nəticəsində ölənlərin sayı 861 nəfər olub. İndiyədək 36 726 xəstə sağalıb. Koronavirus aşkar edilmiş, lakin digər xəstəlikdən ölənlər isə 264 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti