Peşə məktəbində yeni fənn artırıldı

Peşə məktəbində yeni fənn artırıldı
  24 Yanvar 2014    Oxunub:18147
Bu gün media nümayəndələri Bakının Xəzər rayonu Buzovna qəsəbəsində 5 nömrəli Bakı Peşə Məktəbinin fəaliyyəti ilə tanış olublar.
AzVision.az xəbər verir ki, Bakı Peşə Məktəbinin direktoru İlham Cəbiyev təhsil ocağının fəaliyyətindən danışaraq söyləyib ki, məktəb 8 ixtisas fəaliyyət göstərir. Məktəb bütün müasir lazimi avadanlıqlarla təsis olunub:

"İki ildir ki, fəaliyyət göstərən məktəbdə 258 şagird təhsil alır. Eyni zamanda? 44 nəfər ödənişli qruplarda təhsilini davam etdirir. Video çəklişi üzrə operator, işıq ustası, kinomontajçı, səs ustası, qrimçi-pastijor, dekarator, kostyumçu-dərzi və kompüterlərin təmiri üzrə texniki ixtisasları tədris olunur. Ötən il bir illik işıqçı ixisasını bitirən məzunlar ölkənin müxtəlif telekanallarında təcrübə keçiblər. Həmin şəxslərin seçilmişləri və daha təcrübəliləri işlə təmin olunublar. Belə ki, Space Tv-də bir nəfər, AzTv-də 3 nəfər, İctimai kanalda 1 nəfər işləyir. Digər ixtisaslı kadrlar prodakşınlarda fəaliyyətlərini davam etdirirlər. Fevral ayının 11-dən 17-ə kimi İngilis dili, İnformatika və İKT-dən imtahanlar keçiriləcək. Bundan sonra bir çox telekanallarada, Kukla, Rus Dram və digər teatrlarda təcrübə keçəcəklər. Rəhbərliklərin nəzərini cəlb edəcək şəxslərə iş təklif olunacaq. Gələcəkdə nitq mədəniyyətini öyrədə biləcək ixtisas da açılacaq. Həmçinin rejissorluq ixtisasının da açılışı gözlənilir."

Bidirək ki, sözü gedən peşə məktəbi 2012-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən tikilərək Təhsil Nazirliyinin balansına verilib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti