“Sumqayıt”ın oyunu qazaxıstanlı hakimlərə tapşırıldı

“Sumqayıt”ın oyunu qazaxıstanlı hakimlərə tapşırıldı
  19 Avqust 2020    Oxunub:3521
UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Sumqayıt" – “Şkendiya” qarşılaşmasının hakim heyəti məlum olub.
“Sumqayıt” futbol klubunun mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, matçı Qazaxıstandan Arman İsmuratov idarə edəcək. Ona yan xətlərdə həmyerliləri Sergey Vassyutin və Samat Tergeussizov yardım göstərəcəklər. Qarşılaşmanın 4-cü hakimi isə Jandos Abjan olacaq.

Qeyd edək ki, "Sumqayıt" Avropa Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" komandası ilə üz-üzə gələcək. Avqustun 27-də "Kapital Bank Arena"da keçiriləcək matç saat 20:00-da başlanacaq. Matç "İdman TV" ilə canlı yayımlanacaq.

Azvision.az


Teqlər: Sumqayıt   Klub  





Xəbər lenti