Canni De Byazi “Neftçi”nin məşqini izlədi

  13 Avqust 2020    Oxunub : 8201
Canni De Byazi “Neftçi”nin məşqini izlədi
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi bu gün "Türk Hava Yolları" Futbol Mərkəzində olub.
Azvision.az AFFA-nın saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis "Neftçi" komandasının məşqini izləyib.

C.De Byazinin Premyer Liqada çıxış edən bütün klubların məşq prosesini izləməsi və komandaların baş məşqçiləri ilə görüşü nəzərdə tutulub.

Qeyd edək ki, AFFA 64 yaşlı baş məşqçi ilə 1,5 illik müqavilə imzalayıb.

Azvision.az

Teqlər: CanniDeByazi