Cüdoçumuz dopinqə görə cəzalandırıldı

  13 Avqust 2020    Oxunub : 3473
Cüdoçumuz dopinqə görə cəzalandırıldı
Azərbaycan cüdoçusu Könül Əliyeva 12 aylıq diskvalifikasiyaya məruz qalıb .
Azərbaycan Milli Antidopinq Agentliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, buna idmançının orqanizmindən istifadəsi qadağan edilmiş furosemid maddəsi tapılması səbəb olub.

İdmançıdan alınmış Nümunədə Qadağan edilmiş Maddə və ya onun Metabolit yaxud Markerlərinin mövcudluğu təsbit edilib. Fevralın 19-dan qüvvəyə minmiş cəza 19 fevral 2021-ci ildə başa çatacaq.

Qeyd edək ki, 48 kq çəki dərəcəsində çıxış edən Könül Əliyeva 2019-cu ilin dekabrında Azərbaycan çempionatında gümüş medal qazanıb.

Azvision.az

Teqlər: Dopinq