Kirayə qaldığı evlərdən oğurluq etdi

Kirayə qaldığı evlərdən oğurluq etdi
  11 Avqust 2020    Oxunub:1989
Abşeron rayonunda kirayə yaşadığı mənzillərdən oğurluq edən şəxs saxlanılıb. Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini Məhəmməd Abdullayev tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, bu şəxs kirayə yaşadığı evlərdən məzil sahibinə məxsus məişət əşyalarını oğurlayıb.

Bu üsulla Məhəmməd Abdullayev Abşeron rayonunda bir neçə kirayə ev verən şəxsə ziyan vurub. Məhəmməd Abdullayev barəsində Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Bu şəxsin başqa analoji cinayətlər törətdiyi də istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, Abşeron Rayon Polis İdarəsinə və ya DİN-in “102” Zəng Mərkəzinə müraciət edə bilərlər.

Azvision.az



Teqlər: DİN   Kirayə  





Xəbər lenti