Prosineçkinin yeni klubu məlum oldu

  10 Avqust 2020    Oxunub : 8203
Prosineçkinin yeni klubu məlum oldu
Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin yeni klubu məlum olub.
Azvision.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Türkiyənin “Dənizlispor” klubu ilə anlaşıb. 51 yaşlı məşqçi növbəti mövsümdə “yaşıl-qaralar”ı çalışdıracaq.

Müqavilənin detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasının baş məşqçisi olub.

Azvision.az

Teqlər: Prosineçki