Cinayət törədən 13 nəfər saxlanılıb

  10 Avqust 2020    Oxunub : 1795
Cinayət törədən 13 nəfər saxlanılıb
Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 24 cinayətin üstünü “isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış yeddi cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə səkkiz nəfər, o cümlədən borclu şəxs qismində axtarılan bir nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında baş vermiş bir ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb.

Azvision.az

Teqlər: DİN