Lənkəranda piyadanı maşın vurub öldürdü

Lənkəranda piyadanı maşın vurub öldürdü
  10 Avqust 2020    Oxunub:2501
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, hadisə avqustun 9-da saat 9 radələrində Lənkəran rayonunun Boladi kəndi ərazisində qeydə alınıb.

Rayon sakini X.Ağayev idarə etdiyi “Daewoo” markalı avtomobillə yolun kənarında dayanan kənd sakini Moskva Məhərrəmovanı vurub. Piyada hadisə yerində ölüb.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Piyada  





Xəbər lenti