26 yaşlı braziliyalı futbolçu “Keşlə”ni seçdi

26 yaşlı braziliyalı futbolçu “Keşlə”ni seçdi
  10 Avqust 2020    Oxunub:8406
Paytaxtın "Keşlə" futbol klubu növbəti transferini reallaşdırıb.
Azvision.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı hücumçu Silvio Rodriges Perreyra Juniorla 1 illik müqavilə bağlanılıb.

Karyerası ərzində Braziliyanın “Batatais”, Ukraynanın “Çernomorets” və Slovakiyanın “Zlata Morevtse” komandalarında oynamış 26 yaşlı forvard son olaraq Albaniya “Vlajniya”sında çıxış edib.

Qeyd edək ki, "Keşlə" buna qədər Tural Axundov, Şəhriyar Əliyev, Cavid İmamverdiyev, Rəhman Hacıyev, Turan Vəlizadə və Dmitro Klotsu da heyətinə cəlb edib.

Azvision.az


Teqlər: Keşlə  





Xəbər lenti