Bakıda və Şamaxıda maşın yandı

Bakıda və Şamaxıda maşın yandı
  09 Avqust 2020    Oxunub:3639
Bakı şəhərinin Nəsimi rayonunda “Daewoo” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan əlavə, Şamaxı rayonunun Çöl Göylər kəndində “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti