Keçmiş məhkumdan 12 kq-dan çox marixuana götürüldü

Keçmiş məhkumdan 12 kq-dan çox marixuana götürüldü
  08 Avqust 2020    Oxunub:2873
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 13 qramdan çox, evinə baxış zamanı isə əlavə 12 kiloqram 550 qram marixuana aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: Narkotik   Bakı  





Xəbər lenti