Gəncədən Balakənə istirahətə gedənlər cərimələndi

  08 Avqust 2020    Oxunub : 1972
Gəncədən Balakənə istirahətə gedənlər cərimələndi
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Gəncə şəhərindən qaydalarını pozaraq istirahət məqsədilə Balakənə gələn 5 nəfər müəyyən edilib.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, onlar Polis Şöbəsinə dəvət edilərək, profilaktik söhbətlər aparılıb. Karantin rejiminin qayda və tələbləri həmin şəxslərə izah olunub.

Qaydaları pozduqları üçün barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, cərimələniblər.

Azvision.az

Teqlər: DÌN