Hacıqabulda qaz kəmərində partlayış olub - YENİLƏNİB

  07 Avqust 2020    Oxunub : 4865
Hacıqabulda qaz kəmərində partlayış olub -  YENİLƏNİB
Hacıqabul rayonunda SOCAR-a məxsus qaz kəmərində partlayış baş verib.
Azvision.az-ın məlumatına görə, SOCAR-ın Tədbirlərin təşkili və İctimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov bildirib ki, hadisə baş verən ərazi yaşayış məntəqələrindən uzaqda yerləşib. Bu səbəbdən əhali üçün heç bir təhlükə yoxdur.

SOCAR rəsmisi bildirib ki, boru kəməri bağlanıb: "Borunun içərisində qalan qaz bitəndən sonra yanğın dayandırılacaq. Partlayışın səbəbi hələlik məlum deyil".

***
Hacıqabul rayonunda çöllük ərazidə yerləşən qaz xəttində yanğın başlayıb.

Azvision.az xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. Yanğın barədə aidiyyəti qurumlar məlumatlandırılıb.

***
Yanğından əvvəl güclü partlayış baş verib. Hazırda yanğının söndürülməsi işləri aparılır.

Əlavə məlumat veriləcək.

Azvision.az

Teqlər: Hacıqabul   Yanğın