Sumqayıtda zavodda yanğın olub, yaralılar var - YENİLƏNİB

Sumqayıtda zavodda yanğın olub, yaralılar var -  YENİLƏNİB
  07 Avqust 2020    Oxunub:11094
“Sumqayıt Etilen-Polietilen zavodunda baş vermiş alışma nəticəsində 7 nəfər xəsarət alıb".
Bunu Azvision.az -a açıqlamasında TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib. Onun sözlərinə görə, 1 nəfərə ambulator yardım göstərilərək evə buraxılıb.

“Digər 6 nəfər Bakıya Yanıq Mərkəzinə göndərilib. Onlardan birinin vəziyyəti ağırdır”.

***
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində SOCAR-ın “Azərkimya” İB-nın Etilen-Polietilen zavodunda yanğın olması barədə məlumat daxil olub.

Azvision.az FHN-ə istinadən xəbər verir ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın məhdudlaşdırılıb.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti