Naxçıvanda yenə heç kimin kommunal borcu qalmadı

Naxçıvanda yenə heç kimin kommunal borcu qalmadı
  06 Avqust 2020    Oxunub:2781
Naxçıvan Muxtar Respublikası üzrə 2020-ci ilin iyul ayında verilən təbii qazın miqdarı, təbii qaz satışından toplanan vəsait və ödənilmə faizi barədə rəsmi məlumat açıqlanıb.
Azvision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında şəhər və rayonlarda təbii qazın ödənişi 100% yerinə yetirilib.

Statistikadan görünür ki, Naxçıvan MR-da abonentlərin qaz pulu borcu qeydə alınmayıb.



Həmçinin, Dövlət Energetika Xidməti üzrə 2020-ci ilin iyul ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi məlum olub. Belə ki, muxtar respublikanın şəhər və rayonlarında elektrik enerji ödənişi 100% nəticə ilə yerinə yetirilib. Abonentlərin borcu qeydə alınmayıb.

Bildirilib ki, iyul ayında texniki itki nəzərə alınmaqla daxil olan 44 milyon 409 min 700 kilovat-saat elektrik enerjisinin dəyəri 3 milyon 721 min manat olmuş, cəmi 3 milyon 721 min 700 manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,0 faizini təşkil edir.



Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   Elektrik   Enerji  





Xəbər lenti