Ermənistanda Rusiya kanallarının yayımı dayandırılır

  05 Avqust 2020    Oxunub : 3371
 Ermənistanda Rusiya kanallarının yayımı dayandırılır
Ermənistan prezidenti Armen Sarkisyan ölkədə xarici televiziya kanallarının, o cümlədən Rusiya kanallarının yayımını məhdudlaşdıran qanunu imzalayıb.
Azvision.az xəbər verir ki, bu barədə Sarkisyanın mətbuat xidməti məlumat yayıb.

Qanun xarici, həmçinin Rusiya televiziya kanallarının ictimai multipleksdə yayımlanmasını məhdudlaşdırır.

Qeyd edilib ki, Ermənistan prezidentinin imzaladığı “Audiovizual media haqqında" qərar 10 gün sonra qüvvəyə minəcək.

Lisenziyalaşdırma şöbəsinin müdiri Lianna Dohikyan deyib ki, xarici televiziya kanalları hazırda lisenziyalıdır və lisenziyalarının müddəti başa çatanadək - 20 yanvar 2021-ci ilə qədər fəaliyyət göstərəcəklər.

"Buna qədər dövlətlərarası sazişlər imzalanarsa, bu razılaşmalar əsasında fəaliyyətlərini davam etdirəcəklər".

Hazırda Rusiyanın "Birinci kanalı", "RTR Planet", "Rusiya Mədəniyyət" və dövlətlərarası "Mir" telekanalı Ermənistanda yayımlanır.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya