Medvedev azərbaycanlı və ermənilərə xəbərdarlıq etdi

Medvedev azərbaycanlı və ermənilərə xəbərdarlıq etdi
  05 Avqust 2020    Oxunub:6019
Ermənistan-Azərbaycan münaqişəsi Rusiya Federasiyası daxilində zorakılıq və toqquşmalar üçün zəmin yaratmamalıdır.
Azvision.az xəbər verir ki, bunu “Vahid Rusiya” partiyasının sədri, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.

"Hüquq-mühafizə orqanlarımız ölkədə bu mövzunun zorakılıq və hər hansı bir toqquşma üçün zəmin yaratmaması istiqamətində çalışmalıdır", - deyə Medvedev bildirib.

O qeyd edib ki, diasporlar öz məsuliyyətlərini hiss etməlidirlər.

“Əks təqdirdə, Rusiya qanunlarını pozanlar, milliyyətindən asılı olmayaraq Rusiya qanunlarına görə sərt məsuliyyət daşıyırlar. Əgər bu pozuntulara yol verənlər xarici vətəndaşlar, hətta dost ölkələrdəndirsə, onlara qarşı anlaşıqlı tədbirlər tətbiq etməliyik, məsuliyyətli olmaları üçün tətbiq ediləcək başqa prinsiplər olmadıqda, sadəcə ölkədən qovmaq lazımdır".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti