Beyrutda strateji obyektləri ordu mühafizə edəcək

Beyrutda strateji obyektləri ordu mühafizə edəcək
  05 Avqust 2020    Oxunub:3230
Livan Ali Müdafiə Şurası Beyrutu fəlakət bölgəsi elan edib və iki həftə ərzində paytaxtda fövqəladə vəziyyət rejimi tətbiq olunub.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, fövqəladə rejim avqustun 18-dək davam edəcək.

Beyrutdakı bütün strateji obyektlər, o cümlədən dəniz və hava limanları ordu tərəfindən mühafizə ediləcək. Partlayışın vurduğu ziyanın müəyyənləşdirilməsi ilə bağlı komissiya yaradılıb. Baş naziri Həsən Diab avqustun 5-ni milli matəm günü elan edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Beyrut   Livan   partayış  





Xəbər lenti