Ermənistan polis rəisinin iki müavini istefa verdi

Ermənistan polis rəisinin iki müavini istefa verdi
  05 Avqust 2020    Oxunub:2915
Ermənistan polis rəisinin müavinləri Ayk Mqryan və Tiqran Yeseyan istefa verib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın "168.am” nəşri yazıb.

Qeyd edilib ki, bu, nisbətən yeni təyin olunmuş rəis, baş nazir Nikol Paşinyanın sinif yoldaşı və qonşusu Vahe Kazaryan üçün yeni sınaq mərhələsinin başlanmasıdır.

"Bir tərəfdən Amulsar yatağı və Maştots meydanı ilə bağlı problemlər, sosial narazılıqlar zəminində ortaya çıxan etiraz dalğaları, digər tərəfdən kadr problemləri quruluş üçün ciddi bir problemə çevriləcəkdir”, deyə nəşr yazıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti