Livandakı partlayışda 6 Türkiyə vətəndaşı yaralanıb

Livandakı partlayışda 6 Türkiyə vətəndaşı yaralanıb
  05 Avqust 2020    Oxunub:2694
Livanın paytaxtı Beyrutda baş vermiş partlayışda xəsarət alan Türkiyə vətəndaşlarının sayı 6-ya çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, yaralılardan biri əməliyyat olunub, vəziyyəti normaldır.

Qeyd edək ki, ötən gün Livanın paytaxtı Beyrutda baş vermiş dəhşətli partlayış nəticəsində ölənlərin sayı 100 nəfəri keçib, dörd mindən çox insan yaralanıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Türkiyə   Xin  





Xəbər lenti