“Qarabağ”ın futbolçusu “Zirə”yə keçdi

“Qarabağ”ın futbolçusu “Zirə”yə keçdi
  01 Avqust 2020    Oxunub:18321
Bakının “Zirə” klubu yeni futbolçu ilə müqavilə bağlayıb.
Azvision.az kluba istinadən xəbər verir ki, paytaxt təmsilçisi Hacıağa Hacılı ilə anlaşıb.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov futbolçu kimi “Qarabağ”da çıxış etdiyi vaxt çiyin-çiyinə oynadığı 22 yaşlı yarımmüdafiəçini komandasında görmək istəyib. Bu səbəbdən də futbolçu Ağdam təmsilçisindən icarəyə götürülüb. Onunla birillik müqavilə imzalanıb.

Qeyd edək ki, H.Hacılı Azərbaycan Premyer Liqasında 14 matç keçirib.

Azvision.az


Teqlər: Zirə   Qarabağ  





Xəbər lenti