AzVision: Həftənin real təhlili - VİDEO

      AzVision:    Həftənin real təhlili -    VİDEO
  27 İyul 2020    Oxunub:29055
Ötən həftənin əsas hadisələrinin analizini REAL TV-də efirə gedən "AzVision: Həftənin real təhlili" verilişindən izləyə bilərsiniz. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.


Tarixi bir həftəni başa vurduq. Bu həftə Tovuz rayonundakı hərbi əməliyyatlar böyüyərək, başqa müstəviyə keçib, miqyasını dəyişdirərək, daha 3 qitədə digər formada davam etdirildi. Bəli, heç də təkcə müharibə siyasətin başqa formalarda davamı deyil. Müharibənin özünün də başqa formalarda davamı var və biz bu həftə onu müşahidə etdik.

Məsələ ondadır ki, indiyə qədər Azərbaycana qarşı Ermənistan dövləti və erməni diasporu müharibə aparsa da, ayrı-ayrı epizodları çıxmaqla, Azərbaycan diasporu bir güc kimi səhnədə olmayıb. Həm Ermənistanla, həm də erməni diasporu ilə Azərbaycan dövləti təkbaşına savaşıb. Amma bu həftə vəziyyət dəyişdi: Dünya siyasət meydanına Azərbaycan diasporu çıxdı.

Təkrarlamağımı nöqsan saymayın, bu, doğrudan da, böyük tarixi hadisədir. İlk dəfə olaraq, Azərbaycandan kənarda yaşayan soydaşlarımız qlobal siyasət meydanına çıxaraq, “Mən də varam!” deyə uca səslə öz mövcudluğunu dünyaya ərz etdilər.

İndiyə qədər ermənilər belə öyrəşmişdilər ki, hər yerdə cəzasız və cavabsız olaraq, Azərbaycan dövlətini rahatca topa tutsunlar. Faktiki bir qapıya oyun gedirdi. Amma bu həftə - bu tarixi həftədə biz Moskva bazarlarından tutmuş, Amerika Konqresinə qədər hər yerdə onların cavabını verdik. Meydanlara çıxdıq. Üçüncü dəfə də təkrarlamaqdan qorxmuram: Tarixdə ilk dəfə! İndiyə qədər belə şey olmamışdı. Ermənilər dünya səhnəsində indiyə qədər görmədikləri bir hal – hər yerdə eyni vaxtda meydana çıxıb, səsini ucaldan Azərbaycan xalqı ilə üzləşdilər və... çaşıb, özlərini itirdilər. Bu çaşmaq yaxın gələcəkdə onlara çox baha başa gələcək. Nəyi nəzərdə tutduğumuzu izah edəcəyik, amma əvvəlcə gəlin, bu həftə Azəbaycan xalqının öz səsini ucaldaraq, dünyaya nə dediyinə və necə dediyinə bir daha baxaq.

****

Bu sonuncu sözlər həftənin kontekstində xüsusilə böyük məna yükü daşıyır. Çünki bu aksiyalar dünyaya azərbaycanlıların sivil, dinc və mədəni etirazlarını göstərdiyi kimi, ermənilərin də barbarlığını və vəhşiliyini nümayiş etdirdi. Bu da həmçinin, tarixi hadisə, eyni zamanda, tarixi şansdır. Məsələ ondadır ki, indiyə qədər dünya siyasət meydanında Azərbaycan dövlətilə mübarizədə tək qapıya oynamağa adət etmiş ermənilər qəfildən əks-hücumla öz cərimə meydançalarında yaxalandılar. Onlar belə şey gözləmirdilər. Və özlərini itirdikləri üçün başladılar qaydaları pozmağa. Getdikcə də özlərinin sivillikdən uzaq, barbar, yırtıcı, vəhşi sifətlərini dünyaya daha çox göstərməyə başladılar.

Bu, onların özlərini saldıqları böyük bir tələ idi. Çünki indiyə qədər ermənilər sifətlərinə taxıb, dünyaya göstərdikləri maskanı yaradıb ortaya çıxarmaq üçün təxminən iki əsr ərzində böyük və ağır iş görmüşdülər. Onlar yırtıcı sifətlərinə rəssam, bəstəkar, müğənni, futbolçu maskaları taxıb, dünyanın qabağına o cür çıxmış, özlərini elə tanıtmışdılar. İki əsr! Daha doğrusu, ən azı iki əsr vaxt getmişdi buna. Həmin iki əsrdə ardıcıl yürüdülən fəaliyyətin nəticəsində dünənə qədər “erməni” deyəndə dünyanın ağlına bu gəlirdi.

(Avazovski)
Və yaxud, bu.
(Xaçaturyan)
Yaxud, bu
(Aznavur)

Müasir dövrdə isə dünya üçün ermənilərin siması ya bu idi
(Tanımayanlar üçün deyim ki, sistem of de daun rok-qrupunun vokaçısı Serj Tankyan)
yaxud, bu idi
(Henrix Mxitaryan)
Və ya bu
(rejissor Atom Eqoyan)
Ya da bəd başına, ən pis halda, bu.
(Kardaşyan)

Bütün bu ermənilərin kimisi boğazı, kimisi ayağı, kimisi başı, kimisi də başının antonimi ilə dünyanın rəğbətini qazaraq, ümumilikdə erməniliyin pozitiv bir kumulyativ effektini formalaşdıra bilmişdilər. Yəni dünya ona göstərilən maskaya baxaraq, belə fikirləşirdi ki, erməni xalqı məşhur musiqiçilər, rejissorlar, futbolçular, cəhənnəmə, erotik modellər yetişdirən bir mədəni, sivil xalqdır... Açığı, bizim ermənilərlə mübarizə aparmağımız həm də buna görə çətin idi. Amma bu həftə həmin maska bir anda yırtıldı. Dünya gördü ki, ermənilər Ayvazovski, Xaçaturyan, Aznavur, Tankyan, Mxitaryan, Eqoyan və Kardaşyan deyillər. Əksinə, Kardaşyanı çıxmaqla bu adamlar sadəcə, istisnadırlar. Ermənilərin yeganə qabiliyyəti öz istisnalarını dünyaya təqdim etməyi bacarmaq olub. Gerçəkdə isə onların çox təhlükəli bir barbar sifəti var. Bu, dünya erməniliyinin az qala iki əsrdir ki, yürütdüyü maskalanma siyasətinin iflas anı, tarixi bir məqam idi.

***

Bu şəklə bir də yaxşı-yaxşı baxaq. O, jurnalistdir. Peşə borcunu yerinə yetirərkən bu hala slınıb. Azərbaycanda özünü jurnalist elan edən və yaxud, kimlərinsə jurnalist elan etdiyi informasiya avantüristlərinə, feysbuk sərgərdanlarına bir çırtma vurulanda, çox vaxt isə hətta heç vurulmayanda belə, ortaya tökülüşüb, Humanlarını başlarına keçirilən Rights Watchlar, Azərbaycanda söz azadlığı üçün narahat olduğundan, gecə gözünə yuxu getməyən sərhədsiz reportyorlar, media azadlığına dair acı bağırsaq kimi siyahılar tutan ATƏT, AŞPA, onların xüsusi komitələri... Haradadırlar, niyə səsləri çıxmır?! “Qurum” - omonim sözdür, onun Azərbaycan dilində iki fərqli mənası var. Birincisi təşkilat, ikincisi isə his, duda; məsələn, deyirik ki, “sobanın bacası qurum bağlamışdı”. Həqiqətən jurnalist hüququnu müdafiə etmək lazım gələn belə hallarda bütün o saydığımız qurumlar özlərini sözün ikinci mənasında qurum kimi aparır, yəni, hisə çıxırlar. Yada salaq ki, cənab Prezident İlham Əliyev hələ iyulun 6-da 3 telekanala verdiyi müsahibədə həmin qurumların barələrində hansı sualı səsləndirmişdi:

- Ancaq baxın, beynəlxalq təşkilatlar, - indi bunu bir çox adamlar deyir, - buna nə reaksiya verir? Heç bir reaksiya vermir. Haradadır ATƏT-in media üzrə nümayəndəsi? Hansı ki, gecə-gündüz Azərbaycan haqqında iftiralar uydurur və indi dəridən-qabıqdan çıxır ki, öz vəzifəsində qala bilsin. Niyə səsini çıxarmır? Niyə həbsxanada jurnalist öləndə səsini çıxarmayıb? Niyə pozuntular olanda səsini çıxarmayıb? Haradadır Avropa Şurası? Niyə Ermənistan tənqid olunmur? Niyə Ermənistan üzrə, siyasi məhbus üzrə məruzəçi təyin edilmir? Mən bütün bu sualları verirəm və bu suallar cavabsız qalır, bu suallara cavab verilmir. Çünki sərf etmir. Nə cavab verəcəklər? Cavab verəcəklər ki, biz saxtakarıq? Deməyəcəklər. Sadəcə olaraq, susmağa üstünlük verirlər.

Bir də xatırladaq ki, bu suallar 19 gün əvvəl səsləndirilmişdi. Onda cənab Prezident bir qədər başqa mövzudan – Ermənistanda jurnalistlərin hüquqlarının pozulmasından danışırdı. Süjet fərqli olsa da, kompozisiya eynidir. Bu gün bir daha şahid oluruq ki, Cənab Prezidentin həmin sözləri ritorikadan çox, proqnoza yaxındır. Növbəti dəfə hər şey təsdiqləndi. Növbəti dəfə gördük ki, Avropa institutları “söz azadlığı”, “jurnalistlərə təzyiq”-filan deyəndə əslində heç də söz azadlığını və jurnalistlərə təzyiqi nəzərdə tutmurlar. Maraq üçün girib, ATƏT-in Media Azadlığı üzrə Təmsilçisinin Ofisinin direktoru Jürgen Heisselin tvitter səhifəsinə baxdım ki, bəlkə heç olmasa utanıb, bu hadisəni xala xətri qalmasın pisləmək üçün nəsə yazmış olar. Amma orada heç nə yox idi. ATƏT-in Media Azadlığı Ofisinin rəsmi səhifəsində də həmçinin. Buradan bir daha görünür ki, birinci vitse-pezidentimiz Mehriban xanım Əliyeva dünənki müraciətində nə qədər haqlıdır:

- Mən, həmçinin çoxsaylı qeyri-hökumət təşkilatlarını, o cümlədən insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını törədilmiş hadisələrə ədalətli qiymət verməyə çağırıram. Lakin nədənsə biz hələ onların səslərini eşitmirik. Ümidvaram ki, bu qurumlar yetərincə prinsipiallıq nümayiş etdirərək ikili standartlar siyasətindən əl çəkəcək və faktlara əsaslanan bəyanatlarla çıxış edəcəklər.

Amma bu reallıq nə vaxta qədər davam edəcək?! Bayaq dediyimiz kimi, ermənilərin törətdikləri barbarlıq onların iki əsrə yaxın müddət ərzində ciddi-cəhdlə düzəldib, sifətlərini yapışdırdıqları maskanın düşməsilə nəticələnəcək. Daha bir müddət belə davam etsə, dünyanın siyasi fikrində ermənilərlə bağlı koqnitiv dissonansın yaranması qaçılmazdır.
Koqnitiv dissonans odur ki, günlərin birində sənin fikrin, inancın, daşıdığın dəyərlər real faktlar və təcrübə ilə toqquşur. Və onda sən ya öz düşüncələrinə, inancına yenidən baxmalı, ya da faktları və təcrübəni inkar etməlisən. İkinci yolun tutulması koqnitiv dissonansı getdikcə daha da dərinləşdirir. İndi baş verənlərdən sonra dünya ictimaiyyəti əgər “mədəni, sivil erməni xalqı” haqqında mifə inanmaqda davam edəcəksə, bu, getdikcə koqnitiv dissonansı dərinləşdirəcək. Çünki faktlarla obraz bir-birini inkar etdi. Reallıq ideoloji dumanı dağırtdı.

Ermənilər indiyə qədər ancaq ona görə həmin maskanı üzərində saxlaya bilmişdilər ki, meydanda ancaq özləri idi. Ortada tək olanda istədiyin kimi görünə bilmək asandır. Azərbaycan diasporu meydana çıxan kimi onlar küncə sıxılmış siçovul sayaq, əsl gəmirici təbiətini nümayiş etdirməyə başladılar. İndi bir tərəfdə dünyaya humanizm mesajları verən, Humanitar Forumlar keçirən, mədəniyyətlərarası dialoqa çağıran Azərbaycan var, o biri tərəfdə isə bütün bu dəyərləri gəmirməyə çalışan ermənilər. Həm də onlar küncə daha çox sıxıldıqca, daha çox gəmiricilik edəcək və özlərilə bağlı koqnitiv dissonansı daha da gücləndirəcəklər. Onların hazırda daşıdıqları nifrət və aqressiya ilə ayrı cür olması mümkün deyil.

“Nifrət və aqressiyanın dərəcəsi o qədər artıb ki, bu diasporun bəzi nümayəndələri özlərini demokratiyanın beşiyi hesab edən Qərb ölkələrinin paytaxtlarında qanunsuzluq və hərc-mərclik törədirlər.

Avropa siyasətinin mərkəzi sayılan Brüsseldə Azərbaycan Respublikası səfirliyinin daşa basılmasını, dinc nümayişçilərə xəsarət yetirilməsini başqa necə izah etmək olar?
Los-Ancelesdən, Brüsseldən və digər şəhərlərdən çəkilmiş, düşmənlərimizin həqiqi simasını göstərən zorakılıq və vandalizm kadrları həm haqlı olaraq hiddət, həm də əsaslı suallar doğurur.

Həmin ölkələrin hüquq-mühafizə orqanları azğınlaşmış bandit qruplaşmalarının bu cür hərc-mərclik törətməsinə nə üçün imkan verirlər? Bu cinayətlərə necə göz yummaq olar?
Mən bütün dünyada yaşayan milyonlarla azərbaycanlı adından ABŞ-ın, Belçikanın və digər dövlətlərin hüquq-mühafizə orqanlarını bu hadisələri hərtərəfli təhqiq etməyə, onlara müvafiq hüquqi qiymət verməyə və bütün təqsirkarları məsuliyyətə cəlb etməyə çağırıram, çünki qanunsuz əməllər cəzalandırılmalıdır”.


Bu proses təkcə azərbaycanlıların keçirdikləri aksiyalara hücum etməklə yekunlaşmadı. Ermənilər təklikdə yaxaladıqları azərbaycanlıları döyüb, guya təhqir edib, videolarını yaymaqla da göstərdilər ki, onlar əslində kimdirlər, hansı dəyərlərin daşıyıcılarıdırlar. Halbuki, bu videolar çox böyük həqiqətlərin növbəti dəfə parlaması ilə nəticələndi. Nədir bu həqiqətlər?

Los-Ancelesdə aksiya keçirən soydaşlarımızın üstünə sayca onlardan 4-5 dəfə çox erməni gəlmişdi. Ümumyyətlə, yarım milyon erməninin yaşadığı şəhərdə yığışıb o cür aksiya eləmək üçün cəsarət və ürək lazımdır. Sənin stünə gələn sayca 4-5 dəfə çox erməninin qabağından qaçmamaq üçün də həmçinin.

Belçikada soydaşımızı təkləyib, döyən ermənilər bir nəfərin üstünə azı 4-5 nəfər gəlirdilər. Deyəsən, erməni beynindəki sosial riyazyyatın universal əmsalıdır bu rəqəm: Ermənilər intuitiv olaraq bizlərdən bir nəfəri özlərinin 4-5 nəfərinə tay qəbul edirlər.

Çox maraqlıdır ki, bu hadisələr də cənab Prezident İlham Əliyevin bir neçə gün əvvəl dediyi fikirlərin ritorika yox, sanki proqnoz olduğunu təsdiqlədi. Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində dövlət başçımız ermənilərə müraciətlə belə demişdi:

- ...Qoy, Ermənistanın qorxaq rəhbərliyi yadına salsın ki, qaçıb yardım almaq istədiyi KTMT-nı necə təhqir etmişdi, heç bir başqa ölkə ilə razılaşma aparmadan onun baş katibini həbs eləmişdi. Belarus nümayəndəsinin KTMT-ya yeni baş katib təyin olunmasının əleyhinə çıxmışdı. Bir il ona imkan vermədi ki, işə başlasın. Bəs nə oldu, o vaxt KTMT pis idi, sən onu təhqir edirdin, indi qaçıb onun ətəyindən yapışırsan. Gəl bizimlə təkbətək vuruş, təkbətək, baxaq görək bunun axırı nə olacaq.

Beləliklə, bütün bu məsələlər bir daha onu göstərir ki, bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib. Bunu biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi daim diqqət mərkəzində olacaq.


Buna “düşməni tanımaq”, “uzaqgörənlik” və “müdriklik” deyirlər. “Gəl bizimlə təkbətək vuruş, təkbətək - baxaq görək, bunun axırı nə olacaq”. Bu sözləri cənab Ali Baş Komandan Ermənistan dövlətinə ünvanlasa da, məlum oldu ki, eyni qaydada erməni xalqına və onun ayrı-ayrı fərdlərinə də aid imiş. Çünki Ermənistan Azərbaycanın üstünə tək gələ bilmədiyi kimi, Eduard Rizvanın, şərti Aşot da şərti Əlinin üstünə tək gələ bilmir. Amma hətta 4-ü, 5-i, 6-sı birdən gələndə belə, təklənmiş azərbaycanlı ilə bacarmırlar. Məsələn, onların yaydıqları və düyadakı soydaşlarımızda emosiya partlayışına səbəb olan ilk videoda biz nə gördük: Bir neçə erməni bir azərbaycanlını təkləyib döyərək, ondan öz xalqını, dövlətini və dövlət başçısını təhqir etməsini tələb edirlər. Azərbaycanlı döyülsə də, qanına qəltan edilsə də, sınmır, bir qaşıq qanından qorxmadan, erməninin qabağında əyilmir və onların istədiyini demir. Dilindən ancaq bu sözlər çıxır ki, “Belə olmaz, bu, kişilikdən deyil”. Bu elə, o deməkdir ki, əgər kişisinizsə, gəlin, təkbətək vuruşaq, görək, axırı nə olur. Bəli, Azərbaycan prezidentinin Ermənistan dövlətinə ünvanladığı çağırışı bir azərbaycanlı bir erməniyə ünvanlayır. Nəticədə fiziki olaraq döyülsə də, mənəvi planda erməni sürüsünə qalib gəlir, əzmi və dəyanətilə, "Bu, kişilikdən deyil" sözlərilə onları sındırır. Ermənilər onu təkləsələr də, cəsarətinin və qorxmazlığının qarşısında məğlub oldular.

Ermənilərin bir neçə ölkədə belə xain və barbarcasına davranışları haradasa 100 il əvvəlki hadisələri yada saldı. Xatırlayaq, İlk Cümhuriyyətin süqutundan sonra onun xaricə qaçmağa məcbur olan xadimləri geniş erməni terroruna məruz qalmış, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Behbud xan Cavanşir qətlə yetirilmiş, Xəlil bəy Xasməmmədov ağır yaralanmışdı. Tarixin bir qədər başqa formada da olsa, bu şəkildə təkrarlanmağı onu göstərir ki, 100 il keçsə də, ermənilər dəyişməyiblər – həmin terrorçu düşüncə, həmin xislət davam edir. Amma iki məqam fərqlidir. Biz yüz il əvvəlki xalq deyilik və indi bütün dünya miqyasında ermənilərlə kəllə-kələyə gələcək qədər güclüyük. İkincisi, untmaq olmaz ki, hər bir xalqın özünümüdafiə instinkti də var; necə ki, ötən əsrin əvvəllərində Daşnüksütun terroru Azərbaycanda “Difai” antiterror təşkilatının yaranmasına gətirib çıxarmışdı. Ümumiyyətlə, terror məruz qalan istənilən xalq ya gec-tez ona cavab verməli, ya da məhv olmalıdır; üçüncü yol yoxdur, daha doğrusu, saxlanılmır. Və bıçaq sümüyə dirənəndə hər bir xalq üzləşdiyi terrora mütləq hansısa formada reaksiya verəcək. Ermənilər bunu nəzərə almalıdırlar. Nəzərə almalıdırlar ki, Azərbaycan xalqının erməni terroruna dözmək limiti artıq bitib. Ona görə, ermənilərin xəyanətkar və vəhşi hücumlarının cavabında anoliji addımları atan xaricdəki bəzi soydaşlarımızın hərəkətlərini əsla təqdir etməsək də, başa düşmək, hər halda, mümkündür. Birinci xanımımız müraciətində bu məqama da çox incə şəkildə toxunmuşdu.

Əziz qardaşlar və bacılar!

Baş verənlər Ermənistanın işğalçı siyasətinin dinc Azərbaycan əhalisi üçün nə qədər təhlükəli olmasını dünya birliyinə əyani şəkildə nümayiş etdirir.
Belə hallarda bizim borcumuz bu həqiqəti dünya birliyinə çatdırmaqdır.
Bizim vəzifəmiz birləşmək və son zorakılıq aktlarının ədalətlə təhqiq edilməsini, təqsirkarların məsuliyyətə cəlb olunmasını bütün tribunalardan təkidlə tələb etməkdir.

Hər bir səsin əhəmiyyəti var!

Mən bütün dünya azərbaycanlılarını birgə hərəkət etməyə, azğınlaşmış düşmənə layiqli cavab vermək üçün bizim diasporun bütün potensialını birləşdirməyə çağırıram. Bununla belə, unutmamalıyıq ki, qeyri-insani nifrət hissini əsas götürən vəhşilərə və banditlərə bənzəmək olmaz. Bizim mübarizəmiz yalnız hüquq müstəvisi çərçivəsində aparılmalıdır.
Bu günlərdə bütün dünya şəhərlərində öz səsini ucaltmış və Azərbaycan bayrağını qaldırmış hər kəsə təşəkkür edirəm.

Qoy, heç kim şübhə etməsin ki, heç bir provokasiya bizi haqq yolundan dönməyə məcbur edə bilməz. Biz milyonlarlayıq, bizim bir məqsədimiz var – Vətəni müdafiə etmək, onun ərazi bütövlüyünü və tarixi həqiqəti bərpa etmək.


Terrora uğrayan xalqın ona necə cavab verməsinə dair dünya tarixində çox maraqlı misallar var. Ən maraqlı örnəklərdən biri bizə yaxın dost və müttəfiq olan, son hadisələr zamanı da dəstəklərini yaxından hiss etdiyimiz yəhudilərdir. İkinci dünya müharibəsi bitəndən sonra yəhudi genosidində əli olan yüksək vəzifəli nasistlərin çoxu adları və soyadlarını, hətta xarici görünüşlərini dəyişərək, qaçıb müxtəlif ölkələrdə gizlənmişdilər. Yeni yaranmış İsrail dövlətinin min cür qayğısı vardı. Kim idi qollarını çırmalayıb, bütün dünya boyunca adını və görünüşünü dəyişmiş nasist rəhbərlərini axtaran, tapıb, cəzalandıran?

Amma məlum oldu ki, elə sadə xalqın içində bunu edəcək xeyli adam var. Məsələn, avstriyalı memar Simon Vizental kimi. O, şəxsən yəhudilərə qarşı cinayətlərdə əli olan və qaçıb gizlənən xeyli nasist rəhbərləninin cəzalandırılmasına nail olmuşdu. O cümlədən də, məşhur Adolf Reyxmanın.

Vizentalın özü 2005-ci ildə ölüb, amma günü bu gün də mərkəzi qərargahı Los-Ancelesdə olan Simon Vizental Mərkəzi fəaliyyət göstərir və nasist ovunu davam etdirir. Qəribədir. O cinayətlərin üstündən 80 il keçib. İndən sonra nasist ovu kimə, nəyə lazımdır?
Məsələ ondadır ki, lazımdır. Ona görə lazımdır ki, yəhudilərin qətlində əli olan heç kim əvvəla, öz əcəlilə ölməməlidir, işdir, bəxti ona yar olub, fürsət tapıb, ölübsə, ölümündən sonra ifşa edilməlidir.

Siz yəqin ki, yəhudi Stiven Spilberqin çəkdiyi “Münich” filminə baxmısınız. Şiddətlə tövsiyə edirəm. O filmdə 1972-ci ilin Münhen Olimpiadası zamanı yəhudi idmançıları girov götürüb, öldürən ərəb terrorçularına qarşı keçirilən qisas əməliyyatından söhbət gedir. İsrail kəşfiyyatı bu işdə əli olan 13 nəfəri – diqqət! - 20 il ərzində izləyərək, hamısını bir-bir cəzasına çatdırıb. 20 il. Burada önəmli olan cəzanın, yaxud qisasın – necə istəyirsinizsə, deyək,- özü deyil, onun verdiyi mesajdır ki, hər hansı yəhudini qətlə yetirən hər bir kəs gec-tez öz cəzasına çatacaq. Bu qisas fəlsəfəsini dünyada tənqid edənlər az deyil, amma fakt budur ki o, nəticə verir. Və həm də onun sayəsində bu gün İsrailə və yəhudilərə qarşı terror aktları xeyli azalıb.

Diqqət edək ki, yəhudilər ancaq əli dinc yəhudinin qanına batmış faşisti, yaxud, ərəbi öz qisaslarına məruz qoyurlar, hər hansı almanı və ya yoldan keçən ərəbi yox.
Demək istədiyim nədir: Hər bir xalqa qarşı qəsdlər, həmlələr gec-tez onun müdafiə instinktlərini oyadacaq və hansısa səviyyədə cavab reaksiyası doğuracaq. Amma bu reaksiyada belə, səni sən edən keyfiyyətlərini, alicənablığını, mərdliyini qorumalısan.
Ermənilər, öz növbələrində, başa düşmədilər ki, bir azərbaycanlını incidiblərsə, daha rahat yatmaq söhbət qurtardı. Bundan sonra hər an səksəkədə yaşamalısan.

Onlar tamamilə haqsız və əsassız yerə azərbaycanlıları təhqir edib, videolarını yaymaqla görülər ki, bu xalqın övladlarının qüruruna toxunmaq nə deməkdir, bununla da Pandoranın yeşiyi necə açıla bilər.

Amma onlar bunu niyə edirdilər? Ən maraqlısı, bax budur!

Məsələ ondadır ki, terror – zəiflərin və məğlubların silahıdır. Əgər ermənilər Tovuz döyüşlərindən sonra özlərini qalib hiss etsəydilər, bu addımları heç vaxt atmazdılar. Onlar bir tərəfdən Tovuzdan sonra özlərini döyüş meydanında 2016-cı ilin aprel döyüşlərindən sonra olduğu kimi, yenidən məğlub sayır, digər tərəfdən, diplomatik cəbhədə də uduzduqlarını görürlər. Üçüncü tərəfdən, diasporları ağır bir məğlubiyətlə üzləşdi. Bunların cavabında gücləri ancaq hansısa azərbaycanlını təkləyib, döyməyə çatır, vəssalam. Ermənilərin həmin 3 istiqamətdən ikisindəki məğlubiyyəti isə həm də Azərbaycanın seçdiyi hücum diplomatiyasıın nəticəsi idi.

- İlham Əliyev (Müşavirədən) - Mən dəfələrlə demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır. Kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır. Mən bunu dəfələrlə demişəm, həm müxtəlif tədbirlərdə, həm Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə yol göstərmişəm ki, nə etməlisiniz. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı addımları atmalısınız. Xarici ölkələrdə fəaliyyət göstərən mətbuatla necə işləməlisiniz. Azərbaycanın iqtisadi maraqlarını necə müdafiə etməlisiniz, Azərbaycan vətəndaşlarının hüquqlarını necə qorumalısınız. Diaspor təşkilatları ilə əlaqədar səmərəli işləri necə aparmalısınız. Beynəlxalq təşkilatlarda Azərbaycana bəzi hallarda ünvanlanan əsassız ittihamlara necə cavab verməlisiniz. Düşməni necə susdurmalısınız. Demişəm, hər bir məsələ ilə bağlı yol göstərmişəm.

Bu sözlərin necə reallaşdırıldığını biz bu həftə əməli olaraq gördük. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Örl Litzenberqer Xarici İşlər nazirliyinə çağırıldı. Və bəyanat verdi ki, olkəsində azərbaycanılara qarşı baş verənlərdən təssüf hissi keçirir. Təxribatlar aqressiv erməni nümayişçilər tərəfindən həyata keçirilib. Dinc aksiya üçün oraya yığışmış azərbaycanlılara qarşı sayca daha çox olan ermənilər tərəfindən edilmiş hücuma bəraət qazandırmaq mümkün deyil. Eyni zamanda, Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas və Belçika Krallığının səfiri Bert Şufs Xarici İşlər Nazirliyinə çağırdılar. Bax,bütün bunlar hücum diplomatiyası elementləridir. Ermənilərin baş verənlərə görə günahı bizim üstümüzə yıxmaq cəhdlərinin qarşısı kəsilir, eyni zamanda, Azərbaycan dövləti xaricdə olan soydaşlarımıza qahmar və sahib çıxır. Hücum diplomatiyasının başqa bir elementi isə baxın, budur.

****

Ən əsası, bütün bu proseslərin gedişində həm də onu gördük ki, xaricdəki soydaşlarımız kimdirlər və kim deyillər. Ermənilərə qarşı keçirilən aksiyalarda ayrı vaxt özünə “azərbaycanlı” deyib, “mühacir” adı qoyaraq, guya xalqın maraqları üçün çalışdıqlarını iddia edənlərin heç biri ermənilərə qarşı keçirilən aksiyalara qoşulmamışdılar. Harada idi “dal gərdəndə hər hörüyü bir qulac” olan Orduxan Bəbir Teymurxan? Bəbir e, özü də. Yox bir. Yazıq bəbir mərd heyvandır, dili-ağzı olsa, onun işgüzar nüfuzuna xələl gətirən bu namərd heyvanı yəqin ki, məhkəməyə verər, ya da hakimləri zəhmətə salmamaq üçün şəxsən özü parçalayardı.

Fikir verdinizmi, ermənilərin təkləyib döydükləri Rizvan Aslanov nə qədər zərbə alsa da, onların tələblərini ləğv edərək, dövlətinin və dövlət başçısının ünvanına heç bir pis söz işlətmir. Sadəcə deyir ki, “Bu, kişilikdən deyil”. Biz bilmirik bu soydaşımızın siyasi mövqeyi nədir, hakimiyyətə münasibəti necədir, başqa vaxt iqtidarı tənqid edir, ya yox... Amma məhz erməninin qabağında təklənsə də, döyülsə də, kişilik anlayışını əsas tutaraq, dövlətinin və hakimiyyətinin şərəfini müdafiə edir. Halbuki, eyni vəziyyətə düşəndə ermənilər iki şapalaqdan sonra özlərini də, xalqlarını da söyürlər. Azərbaycanlı olmaq bax, bu deməkdir. Və əgər azərbaycanlı olmaq bu deməkdirsə, sənin xalqın erməni ilə üzbəüz gələndə öz dövlətini və onun başçısını pisləmək nədir, bunu edənlər kimdirlər?

Harada idi başqa vaxt azərbaycanlıların guya insan haqlarını, söz azadlıqlarını müdafiə edən tural sadıqlılar, sevinc osmanqızılar, rəfael piriyevlər, emin hüseynovlar? Biz deyək, siz də bilin: Məsələn, Sevinc Osmanqızı soydaşlarımızın Ordumuza dəstək aksiyasını “vətənşüvənliyin pik nöqtəsi” adlandırmaqla məşğul idi. On minlərlə, yüz minlərlə insanımızın vətənpərvərlik hissini təhqir edən bu iyrənc söz onun və onun kimilərin yaydığı nirət dolu çıxışları sadəcə, bir zərrəsidir. Bu murdar kəlməni Azərbaycan insanının vətənpərvərlik hissini aşağılamaq istəyənlər bilrəkdən dövriyyəyə buraxıblar. Halbuki, sadə insanın vətəpərvərliyi hər zaman səmimi olur və içdən gəlir. Amma miskin Sevinc Osmanqızı bunu haradan bilsin? Bu, onun üçün “terra incognita”dır.

Gündüz Ağayev erməni sosial şəbəkələrini bəzmək üçün qələminin ucuna tüpürmüşdü. Qazi analarını dünyaya şikəst övlad gətirən qadın kimi çəkəndən sonra, bu dəfə də azərbaycanlının erməniyə silah tuşlamasını daş dövrünə xas primitivlik kimi təsvir etmişdi. Və ermənilər bunu “Ara, Gündüz can” deyib, bəh-bəhlə paylaşırdılar.

Biz lap əvvəldə demişdik ki, Azərbaycana qarşı hər zaman iki mərkəz mübarizə aparıb: Ermənistan dövləti və Erməni diasporu. Lap təfərrüatlı yanaşsaq, bu, tam dəqiq deyil. Əslində həmin mərkəzlər üçdür: Ermənistan dövləti, Erməni diasporu, bir də onların ələ ala bildikləri bioloji azərbaycanlılar. Azərbaycan torpağından yaranmış ət və sümük yığınları. Danışan biokütlələr. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın informasiya təhlükəsizliyi ilə bağlı xalqa müraciətindəki sözləri həm də belələrinə aid etmək olar.

- Öz Vətəninə nə dərəcədə nifrət etməlisən ki, Azərbaycan Ordusunun düşmən təxribatına layiqincə cavab verdiyi bir vaxtda üçüncü ölkələrdə gizlənərək “darmadağın edilmiş” Azərbaycan mövqeləri, mülki əhali arasında çoxsaylı insan tələfatı haqqında yalanları efirə verəsən, həmvətənlərimizin qəlblərinə təlaş, qorxu və məyusluq yeridəsən? Yaxud əhəmiyyətsiz, həyata keçirilməz siyasi ambisiyalar naminə parçalanma, hərc-mərclik, qarışıqlıq yaratmaq üçün Azərbaycan gənclərinin vətənpərvərlik əhval-ruhiyyəsindən istifadə etməyə çalışasan? Bu hərəkətlərə və belə insanlara haqq qazandırmaq olmaz. Onların öz torpağı naminə canından keçməyə hazır olan milyonlarla azərbaycanlı ilə ümumi heç nəyi yoxdur və ola da bilməz. Tanrı onlara hakimdir, çünki ictimai qınaqdan başqa Allah qarşısında hamı cavabdehdir.

Tarixdə ilk dəfə olaraq, Qarabağ davası üçün Erməni diasporunun qabağına operativ olaraq, xaricdə yaşayan azərbaycanlılar çıxır və o azərbaycanlıların arasında bəzi adamlar yox idilər. Necə də simvolik! Çünki bunlar zatən çoxdan biz azərbaycanlılarn arasında deyillər. Özü də həm mənəvi, həm də fiziki mənada. Milli Şuranın Amerikada yaşayan sədri, neftin qiyməti üzrə böyük mütəxəssis Cəmil Həsənli soydaşlarımızın keçirdiyi aksiyalara niyə qoşulmamışdı? Yaxud, özü niyə birini təşkil eləməmişdi?!

Ermənilər Los-Ancelesdə azərbaycanılara hücum edəndə, həmin şəhərdə yaşayan Sevinc Osmanqızı öz kanalında Əli Kərimli ilə ağız-ağıza vermişdi; Kərimli deyirdi ki, “Bizim danışdığımız həqiqətlər qarşısında acizdirlər, qorxurlar”. Kim, ermənilər? Yoox. Azərbaycan hökuməti. Gör e.

Dünyada azərbaycanılarla ermənilərin arasında faktiki savaş gedir, burada isə Əli Kərimli Azərbaycanın bir qrup guya ziyalılarının adından AXCP üzvlərinə qarşı hansısa repressiyalarla bağlı bəyanat paylaşır. Bu adamlar görəsən hansı paralel reallıqdadırlar, hansı kateqoriyalarla düşünürlər?! Əgər repressiya deyilən bir şey varsa, onu ermənilər xaricdəki soydaşlarımıza qarşı keçirməyə cəhd edirdilər. Siz nədən danışırsınız? Ermənilərin etdiyi vəhşiliklər haqda susub, dünyanın diqqətini onlardan yayındırmaq üçün Azərbaycanın daxilindəki guya siyasi repressiyalara yönəltmək məqsədilə bəyanat vermək xəyənətdən – özü də, hərbi dövrdə vətənə xəyanətdən başqa heç nə deyil.

- ...Yəni, bu gün özünü müxalifət adlandıran bu mənfur dəstə nə istəyir? İstəyir ki, Azərbaycan onların dövründəki kimi Ermənistan qarşısında aciz qalsın, gücsüz qalsın, silahsız qalsın. Azərbaycanı torpaqlar əldən gedən dövrdəki hala salmaq istəyirlər. Ona görə Azərbaycan xalqı hər şeyi bilməlidir. Mən deyəndə ki, bu, düşmənçilikdir, bu, müxalifətçilik deyil, - müxalifətçilik dövlətə qarşı ola bilməz, - mən tam haqlıyam. Bizi yenə də o qara günlərə qaytarmaq istəyirlər. O günlərə ki, biz o vaxt torpaqlarımızı itirmişik, məhz Azərbaycan Xalq Cəbhəsinin mənfur hakimiyyətinin yarıtmaz fəaliyyəti, satqınlığı nəticəsində torpaqlarımızı itirmişik. Onların hakimiyyət uğrunda gedən mübarizəsi nəticəsində torpaqlarımızı itirmişik. O vaxt torpaqlar əldən gedirdi, amma Azərbaycan Xalq Cəbhəsi burada vətəndaş müharibəsinə start vermişdi, qardaş qanı axıdılırdı. Ermənilər bizim şəhərlərimizi bombalayırdılar, şəhərlərimizi tuturdular, Kəlbəcəri işğal etmişdilər, onlar isə Gəncəni bombalayırdılar, öz şəhərlərini bombalayırdılar, Azərbaycan əsgərlərini əsir götürmüşdülər. Bu, xəyanət deyil, bəs nədir?! Şuşa kimi alınmaz qalanı ermənilərə satan satqınlar xəyanətkar deyil, bəs nədir?! Siz bunları yaxşı bilirsiniz. Məhz o dövrdə siz yaxınlarınızı itirmisiniz, öz sağlamlığınızı itirmisiniz, hər şeyi yaxşı xatırlayırsınız, o qara günləri xatırlayırsınız. Əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan müstəqil ölkə kimi qalacaqdı-qalmayacaqdı, bu, hələ böyük sualdır. Amma bizi yenə də o dövrə qaytarmaq istəyirlər. Bax, budur neftin qiymətinin düşməsinə sevinənlər. Mən demişəm, onlar ermənilərdən də pisdirlər.

Belə görünür ki, biz təkcə ermənilərlə yox, ermənidən pis olanlarla da mübarizə aparmalıyıq. Və bu ikincilər daha təhlükəlidirlər. Kimdir onlar? Bəli, bir tərəfdən bioloji azərbaycanlı olub, fəqət ruhən, mənən, daşıdığı prinsiplər və dəyərlər nöqteyi-nəzərindən erməni olanlar. Bunları hər zaman tanımalı və tanıtmalıyıq ki, bilməyənlər, xüsusən, gənclər aldanmasınlar. Bilməliyik ki, onlar bizdən deyillər. Düz başa düşək: Məqsədimiz antoqinist təfəkkür formalaşdırmaq deyil. Siz bədəninizə düşən virusu tanıyıb, ondan qorununda bu, əsla antoqonizm yox, öz sağlamlığını müdafiə etməkdir. Biz də Xalqın mənəvi sağlamlığına qarşı həssas olmağa çağırırıq.

Digər tərəfdən, bioloji baxımdan nə azərbaycanlı, nə də erməni olduğu halda, ermənilik edənlər var. Bunlar çox vaxt bzim dost bildiyimiz, müsəlmanlığına aldandığımız ölkələr olurlar. Amma aldanmamaq lazımdır. Çünki indi Azərbaycanın elə bir dövrüdür ki, dostla düşməni dəqiq ayıra bilmək çox vacibdir.

- Prezident - Mən İslam həmrəyliyinin gücləndirilməsi üçün nə qədər səylər göstərirəm. Azərbaycan nə qədər çalışır ki, bəzi İslam ölkələri arasında olan hansısa ixtilaflar aradan qaldırılsın, yaxud da yumşalsın ki, ilk növbədə, biz öz evimizdə qayda-qanun, həmrəylik, dostluq yaradaq. Biz gərək, ilk növbədə, müsəlman aləmində birlik yaradaq. Çünki əgər burada birlik olmasa, onda bizim taleyimiz necə olacaq? Müsəlman ölkələri bunu qiymətləndirir. Bütün ölkələr - 57 müsəlman ölkəsi bizi dəstəklədi. Baxmayaraq ki, bu ölkələrin bəzilərində erməni icmaları kifayət qədər böyük imkanlara malikdir. Baxmayaraq, bu ölkələrdə erməni rəsmi orqanları, onların səfirlikləri gecə-gündüz çalışırlar ki, bəzi müsəlman ölkələrini öz tərəfinə çəksinlər. Biz bunu görürük. Bəzən səfərlər edirlər. Bəzən dövlət başçısı səviyyəsində müsəlman ölkələrinə gedirlər. Biz hər şeyi izləyirik, baxırıq, baxmalıyıq. Bəzən, bəzi müsəlman ölkələrinin dövlət başçıları Ermənistana rəsmi səfərlər edirlər. Əlbəttə ki, bu, bizi haqlı olaraq narahat edir. Bunu açıq şəkildə deyirik, həmrəylik sözdə yox, əməldə olmalıdır.

Müsəlman məscidlərini dağıdan Ermənistanla hansı əlaqələr ola bilər? Açın baxın internetdə, görün Ağdam məscidi nə gündədir, Şuşa məscidi nə gündədir, digər şəhərlərdəki məscidlər nə gündədir, onları söküblər. Bu azmış kimi, ermənilər orada heyvan saxlayırlar, hətta bizim müqəddəs ocaqlarımızı təhqir edirlər. Kim edir bunu? Ermənistan. Bu məscidlər təkcə bizim deyil, bütün müsəlman aləminə məxsusdur. Mən sual verirəm, necə ola bilər ki, belə çirkin əməllər törədən bir ölkə ilə hansısa əlaqələr olsun, hansısa dostluq haqqında danışsınlar? Hansı dostluq ola bilər? Ona görə, mən bir daha demək istəyirəm, Ermənistan çalışır ki, onları öz tərəfinə çəksin. Ancaq, ilk növbədə, o ölkələrin xalqları buna imkan verməyəcəklər və verməməlidirlər. Əgər görsələr ki, bu ölkələrin hakimiyyəti öz dini mənsubiyyətini ancaq dildə ifadə edir, o ölkələrin vətəndaşları öz sözünü deməlidir, Azərbaycanla həmrəy olmalıdır. Necə ki, biz bütün müsəlman ölkələri ilə həmrəyik, onlardan da eyni münasibət gözləyirik.


Ermənistanla Azərbaycan arasındakı müharibə təkcə bir müstəidə, bir sferada getmir. Bu, təkcə torpaq davası deyil. Bu, həm milliyyət, həm din davasıdır. Biz ayrı cür düşünə bilərik, amma 1905-ci və 18-ci illərin hadisələrinə hələ də çoxları, xüsusə yaşlı insanlar sadəcə “erməni-müsəlman davası” deyir. Əslində ermənilər özləri də açıq nümayiş etdirməsələr belə, bunu belə qəbul edirlər. Onların nəzərində bizim günahımız təkcə bu torpaqlarda yaşamağımız yox, həm də müsəlman olmağımızdır. Bu torpaqlarda yaşayan və müsəlman olan isə təkcə biz deyilik. Başqaları bunu nə qədər tez anlasalar, bir o qədər yaxşı olar.
Belə. Bu həftə dünyada baş verənlər göstərdi ki, Azərbaycan xalqı nəinki 100 il, heç 10 il əvvəlki xalq deyil. Biz cəmisi 10 il əvvəllə müqayisədə xeyli güclənmişik. Tələsmək lazım deyil. Vaxtı heç kim dayandırmır. 10 sonrakı gücümüzü fikirləşək və olacaqlara hazırlaşaq. Gələcəkdə görüşərik. Sağ olun.

Azvision.az


Teqlər: AzVision   Real-TV   Təhlil  





Xəbər lenti