Polis 4 rayonda narkotacirlərə qarşı əməliyyat keçirdi
Bundan başqa, Tovuz Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Əlibəyli kənd sakini K.Eyyubovun iştirakı ilə mərhum qardaşının yaşadığı evin həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilmiş 36 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Eyni zamanda, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Babayevdən 455 qram marixuana götürülüb.
Biləsuvar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində isə Bakı şəhər sakinləri N.Manaflı və B.Nəcəfov saxlanılıblar. Şəxsi axtarış zamanı N.Manaflıdan 2 kiloqram 90 qramdan artıq heroin götürülüb.
Azvision.az
Teqlər: DİN