Oqtay Şirəliyevin səhhəti ilə bağlı açıqlama

  10 İyul 2020    Oxunub : 6415
   Oqtay Şirəliyevin səhhəti ilə bağlı açıqlama
Səhiyyə naziri Oqtay Şirəliyevin səhhətində problem yoxdur, hazırda iş başındadır.

Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov Operativ Qərargahın bugünkü brifinqində deyib.
Onun sözlərinə görə, nazir koronavirusla mübarizədə aktiv iştirak edir.

"Bir neçə dəfə telekanallarda müsahibə verib. Səhiyyə naziri ictimaiyyət qarşısına çıxır. Səhiyyə Nazirliyi ilə ictimaiyyət arasında informasiya mübadiləsi mövcuddur".

Aytən Zəhra
Azvision.az

Teqlər: Səhiyyə   Nazir