Novruzumuz Vaşinqtonda

Novruzumuz Vaşinqtonda
  17 Mart 2013    Oxunub:1698
Dünən Vaşinqtonda Novruz Komissiyası tərəfindən Novruz bayramı münasibətilə təntənəli ziyafət keçirilib.
Novruz bayramını qeyd edən dövlətlərlə yanaşı, Azərbaycan da sözügedən tədbirdə iştirak edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, Azərbaycana ayrılmış mədəni guşədə ölkənin zəngin mədəniyyət nümunələri, milli musiqi alətləri və geyimləri, xalçaçılıq ənənələrini əks etdirən stend nümayiş etdirilmiş və tədbir iştirakçılarına xalqımızın zəngin Novruz adət-ənənələri barəsində məlumat verilib.

Tədbirdə, eyni zamanda, Azərbaycan musiqiçiləri tərəfindən ifa olunan "Sarı gəlin" və digər xalq mahnıları tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.


Teqlər:  





Xəbər lenti