Qırğızıstan Prezidenti Moskvaya gəldi, amma parada getmədi

 Qırğızıstan Prezidenti Moskvaya gəldi, amma parada getmədi
  24 İyun 2020    Oxunub:2980
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Moskvaya gəlib, lakin Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi ilə əlaqədar paradda iştirak etməyib.
Azvision.az xəbər verir ki, buna səbəb onu müşayət edən şəxslərdən iki nəfərdə koronavirusun aşkarlanması olub.

Prezidentin mətbuat xidmətinin yaydığı məlumata görə, Qırğızıstan Prezidenti, nümayəndə heyətinin üzvləri və dövlət başçısını müşayiət edən şəxslər Moskvaya gələrkən COVID-19 testindən keçiblər. İki nəfərin testi müsbət olub.

Onlardan biri Qırğızıstan Prezidenti Aparatının xarici siyasət şöbəsinin müdiri Daniyar Sydıkov, digəri təhlükəsizlik əməkdaşıdır.

Məlumatda vurğulanıb ki, nümayəndə heyəti dar bir tərkibdə olub və səfər ərəfəsində testdən keçiblər. Ancaq müsbət nəticə Moskvada qeydə alınıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SooronbayJeenbekov  





Xəbər lenti