Ukraynada yüzlərlə uşaq koronavirusa yoluxub

 Ukraynada yüzlərlə uşaq koronavirusa yoluxub
  24 İyun 2020    Oxunub:2214
Ukraynada son sutka ərzində daha 940 nəfər koronavirusa yoluxub. Onlardan 82-si uşaq, 105 nəfəri tibb işçisidir.
Azvision.az Ukrayna Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, ölkədə ümumi yoluxma sayı 39 min 14 nəfərdir.

Ölkədə indiyədək 2870 uşaq, 6243 tibb işçisində virus aşkarlanıb.

Koronavirus qurbanlarının sayı isə 16 nəfər artaraq 1051-ə çatıb, 17 min 409 xəstə sağalaraq evə buraxılıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ukrayna  





Xəbər lenti