AzVision REALlaşdı: Yeni layihə efirdə - VİDEO

      AzVision REALlaşdı:    Yeni layihə efirdə -    VİDEO
  11 İyun 2020    Oxunub:40804
Artıq Real TV-də “AzVision” adlı yeni verilişə baxa bilərsiniz. İlk buraxılışı bu gün efirə gedən verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.
Veriliş siyasi təhlil janrına bir qədər fərqli yanaşma ortaya qoyur. Aparıcı vəziyyətin tam mənzərəsini yaratmaq üçün karikatur animasiya personajlarının köməyindən istifadə edir. Onlardan biri Demə Qoq adlı sosial şəbəkə istifadəçisi, jurnalistləri daim pisləyən narazı, tamaşaçıdır. Yığma obraz olan Demə Qoq aparıcıya daim opponentlik edir, onun fikirlərinə əks çıxır və yanıldığını sübut etməyə çalışır.

Bundan başqa, verilişdə siyasətçilərin də karikatur personajlarından müsahibə alınır. Real prototiplərin heç bir halda etiraf etməyəcəkləri həqiqətlər həmin personajların dililə səsləndirilir.

Sizi verilişin ilk buraxılışına baxmağa dəvət edirik:






Teqlər: AzVision   Real-TV  





Xəbər lenti