AMEA-nın əsas binası dezinfeksiya edilib

AMEA-nın əsas binası dezinfeksiya edilib
  05 İyun 2020    Oxunub:3916
Koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda yarada biləcəyi təhlükələrin qarşısını almaq məqsədilə ölkəmizdə dövlət orqanları tərəfindən kompleks tədbirlər icra olunur.
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mayın 31-dən etibarən dövlət müəssisələrində çalışan işçilərin sayı ilə bağlı məhdudiyyət ləğv edildiyindən AMEA-da da bütün əməkdaşların işə davamiyyəti iyunun 1-dən bərpa olunub.

AMEA-dan Azvision.az -a bildirilib ki, akademiyanın fəaliyyəti tam bərpa edildikdən sonra qurumun əsas binasının iş və laboratoriya otaqları yenidən dezinfeksiya olunub, işə çıxan əməkdaşlar maska, spirt və digər qoruyucu vasitələrlə təmin ediliblər.

Bununla yanaşı, əməkdaşlar arasında laboratoriyalarda sosial məsafənin saxlanılması tələblərinə riayət etmələri barədə maarifləndirmə işləri aparılıb.

Xatırladaq ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusla bağlı profilaktik tədbirlər haqqında sərəncamına uyğun olaraq, AMEA-da mütəmadi olaraq sanitar-dezinfeksiya və digər qabaqlayıcı tədbirlər həyata keçirilir.

Azvision.az



Teqlər: AMEA  





Xəbər lenti