Dərslər ilin sonuna kimi dayandırılıb? - Rəsmi açıqlama

Dərslər ilin sonuna kimi dayandırılıb? -  Rəsmi açıqlama
  05 İyun 2020    Oxunub:13309
Təhsil Nazirliyi dərslərin cari ilin sonuna kimi dayandırılması ilə bağlı məlumatlara aydınlıq gətirib.
Təhsil Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Azvision.az-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin 30 may tarixli sərancamı 2019-2020-ci tədris ilinin sonunadək Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılmasını və bununla bağlı bütün tədbirlərin təxirə salınmasını təsbit edir.

"Bu tarix əvvəlki illərdə olduğu kimi 14 iyun 2020-ci ilə təsadüf edir. Bir çox insanlar 2019-2020-ci tədris ilinin yekunu, yəni 14 iyun tarixini 2020-ci təqvim ilinin son tarixi ilə dəyişik salırlar", - deyə nazirlik rəsmisi qeyd edib.

Aytən Zəhra
Azvision.az



Teqlər: Tədris-ili  





Xəbər lenti