İxtisas qrupları üzrə sənəd verənlərin sayı artıb

İxtisas qrupları üzrə sənəd verənlərin sayı artıb
  03 İyun 2020    Oxunub:3035
I-IV ixtisas qrupları üzrə sənəd verənlərin sayı ötən illə müqayisədə bu il daha çoxdur.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a bildirilib ki, ötən il I-IV ixtisas qrupları üzrə 67837 abituriyent ərizə verib. Bu il sənəd qəbulunun bitməsinə bir neçə gün qalsa da, artıq 68527 abituriyent ərizəsini təsdiq edib.

Xatırladaq ki, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı iyunun 9-dək uzadılıb.

Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti