Jurnalist olmaq istəyən abituriyentlərin nəzərinə!

 Jurnalist olmaq istəyən abituriyentlərin nəzərinə!
  01 İyun 2020    Oxunub:2534
“Hazırda jurnalistika ixtisası üzrə qabiliyyət imtahanlarının keçirilməsi üçün Mətbuat Şurasına müraciət edilib və müyyən tarixlər əldə edilməlidir”.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.

DİM sədri qeyd edib ki, imtahanlarda jurnalistika fakültəsinin müəllimləri də iştirak etməlidir: “Yazı müsabiqələrinin keçirilmə tarixləri barədə də dəqiq nəsə deyə bilmərəm, çünki nə qədər insanın məhz jurnalistika ixtisasına sənəd verəcəyini hələlik bilmirəm”.

O, həmçinin əlavə edib ki, magistlar üçün müsahibə mərhələsi onlayn şəkildə keçiriləcək.

Aytən Zəhra
Azvision.az



Teqlər: DİM  





Xəbər lenti